Suriya


Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrailLivanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir.

Suriya
ərəb. الجمهورية العربية السورية
BayraqGerb[d]
BayraqGerb[d]
Himn: 

ərəb. حماة الديار
"Hümat əd-Diyar"

Tarixi
 • Suriya Respublikası14 may 1930
 • Bəəs rejimi8 mart 1963
 • Suriya Konstitusiyası27 fevral 2012
Rəsmi dilləri
PaytaxtDəməşq
İdarəetmə formasıYarı prezident respublikası
PrezidentBəşşar əl-Əsəd
Baş nazirHüseyn Ərnus
SahəsiDünyada 87-ci
 • Ümumi185,180 km²
 • Su sahəsi (%)1.1%
Əhalisi
 • Əhali20 mln nəfər (67-ci)
 • Siyahıyaalma (2019)17,070,035 nəf.
 • Sıxlıq118,3 nəf./km² (70-ci)
ÜDM (AQP)
 • Ümumi50.28 mln dollar
 • Adambaşına2.900$ dollar
ÜDM (nominal)
 • Ümumi (2014)24.6 mln dollar
 • Adambaşına831$ dollar
İİİ (2018)0.549 (azalış; 157-ci)
ValyutaSuriya funtu
İnternet domeni.sy
ISO koduSY
BOK koduSYR
Telefon kodu+963
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı mövcud prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşşar əl-Əsəddir.[2] mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 mart 2011-ci ildə istefa verdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşşar əl-Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.[3][4][5]

Coğrafi mövqeyi və iqlimi

Aralıq dənizinin şərqində Suriyanın qərbində dağlıq bir kütlə vardır. K-G istiqamətində uzanan Ənsariyyə dağları Türkiyədəki Nur dağlarının bir davamı şəklində Antilivan dağları olaraq İsrailə qədər sahil boyunca uzanır. 1000 metr yüksəklikdə olan bu dağlar, Suriyanın sahillərinə paralel olaraq dağların uzanması səbəbindən Suriyanın içərisinə dənizin daxil olmasına maneə törədir. Çöl şəraiti Suriyanın mərkəzində təsirli olur. Suriyanın cənubunda, Suriya səhrası yerləşir. Suriyanın 2/3 hissəsi səhralıqla örtülüdür. Aralıq dənizinin iqlimi Aralıq dənizi sahillərində üstünlük təşkil edir. Kənd təsərrüfatı və heyvandarlıq xalqın əsas məşğuliyyətidir. Suriyanın yeraltı qaynaqları arasında neft və fosfat çox vacibdir.

Tarixi

Əsas məqalə: Suriya tarixi

Əhali

Əsas məqalə: Suriya mühafazlarının əhalisi
  • Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31. dekabr 2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[9] nəfərdir.

Etnik tərkib

Suriyada təxminən 22 milyon əhali yaşayır. Suriyalılardan başqa livanlılar, fələstinlilər, iordaniyalılar, az sayda isə maltalılar bu ölkənin vətandaşlarıdır.

İqtisadiyyat

Əsas məqalə: Suriya iqtisadiyyatı

İqtisadiyyatın aparıcı sahələrini ələ keçirən Suriya hökuməti planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı. İlk beşillik planın (1961–1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi.[10]

Danışılan dillər

Rəsmi dil ərəb dilidir. Müasir ərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbində kürdtürk dillərindən istifadə olunur.

Dini vəziyyət

Suriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasən Laziqiyyədə yaşayan nüseyrilər (12%), Əs-Süveydada yaşayan dərzilər (3%) — hər iki vilayətdə sünnilər azdır – Sələmiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnilər , əsasən, ərəblərin böyük hissəsi və kürdlər, türkman, çərkəzlər və çeçenlərdir. Şiələr isə ərəblərin bir hissəsi və farslardır.

Xristianlar arasında rumi ortodokslar (300 min nəfər) və katoliklər (205 min nəfər, rumi katoliklər, süryani katoliklər, erməni-katoliklər, marunilar, xaldo-katoliklər, latın ənənəli katoliklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), süryani ortodokslar (125 min nəfər), nəsturilər (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda assuriyalılar və ermənilər arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidilər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.

İnzibati bölgü

Əsas məqalə: Suriya mühafazlarının əhalisi

Suriya inzibati cəhətdən 14 muhafazlığa , muhafazlıqlar 60 məntəqəyə , məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .

Suriya Ərəb Respublikasının muhafazlıqları :

İstinadlar

Xarici keçidlər