Ermənistan inqilabı (2018)

2018-ci il Ermənistan inqilabı (erm. 2018 թվականի հեղափոխություն Հայաստանում), xalq arasında "Serji rədd et" (erm. Մերժիր Սերժին, translit. Merjir Serjin) və ya Paşinyan tərəfindən Məxməri inqilab[27] (erm. Թավշյա հեղափոխություն)[28]12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası.

Ermənistan inqilabı
İrəvan şəhərində etiraz aksiyası (22 aprel 2018)
İrəvan şəhərində etiraz aksiyası (22 aprel 2018)
Tarix12 aprel – 8 may 2018 (26 gün)
Yeri Ermənistan: İrəvan, Gümrü, Qarakilsə, Ellər, Göyçə, Qəmərli, Sərdarabad, Əştərək, Üçkilsə, Qafan
Erməni diasporu: Qlendeyl,[1] Moskva,[2] Marsel,[3] Toronto, Monreal, Vankuver,[4], Afina, London, Berlin, Buenos-Ayres, Çikaqo, San-Paulu [5]
Səbəbi


Nəticəsi

İlk olaraq: Serj Sarkisyanın istefa verməsi.[7]

Daha sonra: Nikol Paşinyanın Baş Nazir vəzifəsinə seçilməsi.[8]
Münaqişə tərəfləri

Ermənistan Siyasi müxalifət

  • Mülki Müqavilə

Dəstəkləyib:

Qeyri-siyasi qruplar

  • Sülhməramlı qüvvələr briqadası (23 aprel)[12]

Parlamentdən kənar partiyalar:

  • Ermənistan Milli Konqresi[13]

Ermənistan Ermənistan hökuməti

Siyasi partiyalar:

Komandan(lar)

Nikol Paşinyan[18][19]

Ermənistan Serj Sarkisyan(keçmiş prezident, istefa vermiş Baş Nazir)
Ermənistan Karen Karapetyan (keçmiş Baş Nazir, Baş Nazir səlahiyyətlərini icra edən)

Tərəflərin qüvvəsi
İrəvan
  • 250,000 (1 may)[20]
  • 200,000 (23 aprel )[21]
  • 150,000 (2 may)[22]
  • 115,000 (22 aprel)[23]

Gümrü: 10,000 (27 aprel)[24]
Qlendeyl, Kaliforniya: 5,000[25]

naməlum

İtkilər

40 mülki şəxs[26] yaralanıb

6 polis[26] yaralanıb

Ümumi itkilər
  • 0
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 aprel 2018-ci il tarixində Serj Sarkisyan "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verdi.[29][30][31] Hadisə, digər postsovet ölkələrindəki inqilablardan fərqli olaraq bir qədər sakit keçdi.[32][33][34] İrəvan şəhərindəki etirazçılar bu xəbəri bayram kimi qarşılayıblar.[35] Ermənistanda baş nazir postuna olan ilk seçkilər 1 may 2018-ci il tarixində keçirilmişdir.[36][37]

Ermənistanın baş nazirlik postuna olan ikinci seçkilər 8 may 2018-ci il tarixində keçirilmişdir. Seçkilərin nəticəsində keçmiş millət vəkili Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri vəzifəsinə seçilmişdir. Onu deputatların 59-u Paşinyanın lehinə, 42-i isə əleyhinə səs vermişdir.[38][39]

Arxaplan

2 mart 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirilmişdir. 2015-ci ilin Ermənistan konstitusiyası referendumunun nəticəsi olaraq prezident xalq tərəfindən yox, parlament tərəfindən seçilmişdir.[40] Referendumun digər bir nəticəsi isə, yeni seçilmiş prezidentin gəlişi ölkənin prezident respublikasından parlamentli respublikaya keçməsi idi.[41] Keçmiş prezident Serj Sarkisyan Ermənistan Konstitusiyası tərəfindən növbəti dəfə yəni üçüncü dəfə seçilməsinə qadağa qoyuldu.[42] Müvəqqəti Milli Məclis hesablayıcı palatanın sədri Qaqik Melikyanın məlumatına görə, namizədin lehinə 90, əleyhinə, 10 millət vəkili səs vermiş, 1 bülleten etibarsız tanınmışdır. Səsvermədə 105 nəfərdən ibarət parlamentin 101 üzvü iştirak etmişdir. Serj Sarkisyanın prezidentlik səlahiyyətləri 9 apreldə sona çatmışdır.[43]Ermənistan Respublikası Partiyasının üzvləri baş nazirlik vəzifəsinə üçün olan səsvermədə Serj Sarkisyanı istisna etməmişdir.[44][45] Buna görə, etirazçılar 14 apreldə Serj Sarkisyanın andiçmə mərasimini keçirəcəyi yerdə – Ermənistan Respublika Partiyasının baş qərargahına gedəcəklərinə söz vermişdilər.[46][47] Bundan qorxan Ermənistan Respublika Partiyasının üzvləri görüşlərini 16 apreldə, paytaxt İrəvandan kənarda keçirmiş və Serj Sarkisyanı baş nazir seçmişdilər.[48] Erməni radikal milliyətçi siyasi qurumu Daşnaksütun hökumət qərarına dəstəyini bildirmişdir.[49]

Xronologiya

12-21 aprel

Cümə axşamında – 12 aprelin gecə vaxtlarından səhərə qədər 100-ə yaxın etirazçı Fransa meydanında qalmışdır. Təxminən bərabər sayda etirazçı eyni şeyi şənbə günü etmişdir. Etirazçıların bəziləri çadırlarda yatmış, bəziləri isə tonqal ətrafında oturmuşdur. Bazar günü səhərinə qədər Ermənistan polisi nümayişçiləri dağıtmağa cəhd göstərməmişdir.[50]

Nəticə

23 aprel 2018-ci il tarixində, etiraz aksiyalarının 11-ci günündə, 10 il prezident olmuş və yenicə baş nazir təyin edilmiş Serj Sarkisyan istefa vermişdir. O, istefa bəyanatında Sarkisyan "Küçə aksiyaları mənim vəzifədə qalmağımın əleyhinədir. Mən sizin tələblərinizi yerinə yetirirəm" demişdir.[51][52]

8 may 2018-ci il tarixində Ermənistanın keçmiş Nikol Paşinyan ölkənin baş naziri seçilmişdir.[53]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər