Faiz Əhməd Faiz

Faiz Əhməd Faiz (13 fevral 1911[1], Sialkot, Britaniya Hindistanı20 noyabr 1984[1], Lahor) — Pakistan şairi, tənqidçi, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı(1962), Beynəlxalq "Lotos" mükafatı laureatı(1975). Urdu və Pəncab dillərində yazmışdır. 1979-cu ildən "Lotos" jurnalının baş redaktoru idi. Sülh və demokratiya, milli azadlıq uğrunda mübarizə yaradıcılığının başlıca mövzusudur. "Kədərli naxışlar" (1941), "Küləyin əlləri" (1952), "Zindan şerləri" (1957), "Sinay vadisi" (1971), "Dost şəhərində axşamlar" (1977) və s. şer toplularının, "Mizan" (1962), "Bizim milli mədəniyyətimiz" (1976) məqalə kitablarının müəllifidir. Bəzi serləri Azərbaycan dilinə tərcümə olunmuşdur.

Faiz Əhməd Faiz
urdu فیض احمد فیض
tel. ఫైజ్ అహ్మద్ ఫైజ్
Doğum tarixi13 fevral 1911(1911-02-13)[1]
Doğum yeri
Vəfat tarixi20 noyabr 1984(1984-11-20)[1] (73 yaşında)
Vəfat yeri
Fəaliyyətişair, jurnalist, yazıçı, söz yazıçısı[d], mahnı yazarı[d]
Əsərlərinin diliPəncab dili
Janrqəzəl
Mükafatları"Britaniya imperiyası" ordeni üzvü Grand Cross of the Order of Excellence
Lenin sülh mükafatı
İmza
faiz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar