Fan Khak Şıu

Fan Khak Şıu (vyet. Phan Khắc Sửu; 9 yanvar 1905[1], Vinlonq[d]24 may 1970, Sayqon) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, mühəndisi, Vyetnam Respublikasının dövlət başçısı (1964–1965).

Fan Khak Şıu
vyet. Phan Khắc Sửu
Şəxsi məlumatlar
Doğum tarixi9 yanvar 1905(1905-01-09)[1]
Doğum yeri
Vəfat tarixi24 may 1970(1970-05-24) (65 yaşında)
Vəfat yeri
Fəaliyyətisiyasətçi
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fan Khak Şıu 9 yanvar 1905-ci ildə anadan olmuşdur.[2] ParisTunisdə kənd təsərrüfatı mühəndisliyi təhsili almışdır. O, 1930-cu ildə Vyetnama qayıdaraq İqtisadi İnkişaf Departamentində elmi işlər üzrə direktor vəzifəsində çalışmışdır. Fan Khak Şıu Kaoday dini təlimlərinin ilk tərəfdarlarından idi. O, sonradan müstəmləkəçilik əleyhinə hərəkat sıralarına qoşulmuşdur. 1940-cı ildə inqilabi hadisələrdə fəal iştirak etmiş, buna görə 8 il ağır işlərə məhkum olunmuşdur.[3]

Fan Khak Şıu 1945-ci ildə Fransanın dəstəklədiyi antiyapon mübarizəsində iştirak etmək üçün sərbəst buraxılmışdır. 1948-ci ildən Fransanın müstəmləkə hakimiyyətləri ilə əməkdaşlıq etmiş, 1949-cu ildə Bao-dayın hakimiyyəti altında qısa müddətə kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.[4] O, Nqo Din Zyemin prezidentliyi dövründə də eyni vəzifəni tutmuşdu, lakin hakim elitanın aqrar islahatlar aparmaq istəyinin olmaması səbəbindən istefa vermişdir.

İstinadlar