Franklin Pirs

Franklin Pirs (ing. Franklin Pierce, 23 noyabr 1804[1][2][…]8 oktyabr 1869[1][2][…], Konkord (Nyu-Hempşir)[3]) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853–1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir.

Franklin Pirs
ing. Franklin Pierce
4 mart 1853 – 4 mart 1857
ƏvvəlkiMillard Fillmor
SonrakıCeyms Byukenen
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d]
2 noyabr 1852 – 4 mart 1853
ƏvvəlkiZakari Teylor
SonrakıCeyms Byukenen
Şəxsi məlumatlar
Doğum tarixi23 noyabr 1804(1804-11-23)[1][2][…]
Vəfat tarixi8 oktyabr 1869(1869-10-08)[1][2][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbiqaraciyər sirrozu
Partiya
Təhsili
  • Boudin kolleci[d] (–1824),
  • Fillips Ekseter Akademiyası[d]
Fəaliyyətisiyasətçi, vəkil, dövlət xadimi
Həyat yoldaşı
Uşaqları3
Hərbi xidmət
Döyüşlər
Rütbəsigeneral

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu.[4] Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.[5]. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır.

Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur. Epltonlarla qohumluğu Franklin Pirsin gələcək karyerasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.[6]

Siyasi fəaliyyəti

Cəmi iki il vəkillik fəaliyyəti göstərən Franklin siyasətlə məşğul olmağı qərara alır və 25 yaşında Nyu-Hempşir ştatının qanunverici orqanına seçilir və tezliklə bu orqanın spikeri olur. 25 yaşlı Pirs əvvəl doğma ştatın qanunverici orqanına (tezliklə spikeri olmuşdur) seçilir. Dörd il burada göstərdiyi uğurlu fəaliyyəti onun Vaşinqtonda Nümayəndələr Palatasına seçilməsi ilə nəticələnir. 1837-ci ildə isə ştatın senatdakı iki təmsilçisindən biri olur.

Amerika tarixçiləri onu "ABŞ tarixinin ən pis prezidentləri" sırasına daxil edirlər. 1864-cü ildə qara ciyər sirrozundan vəfat etmişdir.

Mənbə

  • Американские президенты: 41 исторический портрет от Джорджа Вашингтона до Билла Клинтона, feniks, 1997, səh.210–219
  • Nathaniel Hawthorne. Life of Franklin Pierce. — 1852.
  • Wilfred J. Bisson. Franklin Pierce: A Bibliography. — 1993.

İstinadlar