Graduation — amerikalı repçi, prodüser Kanye Vestin üçüncü studiya albomu, 11 sentyabr 2007-ci ildə Def Jam Recording və Roc-A-Fella Records tərəfindən buraxılıb. Səsyazmalar 2005–2007-ci illərdə Nyu-York və Los-Ancelesdəki studiyalarda həyata keçirilib. Mahnıların prodüserliyini Vestin özü edib, DJ Toomp da daxil olmaqla digər prodüserlər mahnıların ərsəyə gəlməsində köməklik göstəriblər. Albomda müxtəlif sənətçilər qonaq çıxışları etmişlər, bunlara Dwele, T-Pain, Lil Wayne, Mos Def, DJ Premier, və Kris Martin daxildir. Albomun üz qabığı yaponiyalı müasir incəsənət rəssamı Takaşi Murakamı tərəfindən dizayn edilmişdir.
Trek siyahısı
1. | Good Morning | 3:15 |
2. | Champion | 2:47 |
3. | Stronger | 5:12 |
4. | I Wonder | 4:03 |
5. | Good Life (featuring T-Pain) | 3:27 |
6. | Can't Tell Me Nothing | 4:31 |
7. | Barry Bonds (featuring Lil Wayne) | 3:24 |
8. | Drunk and Hot Girls (featuring Mos Def) | 5:13 |
9. | Flashing Lights (featuring Dwele) | 3:57 |
10. | Everything I Am (featuring scratches by DJ Premier) | 3:47 |
11. | The Glory | 3:32 |
12. | Homecoming (featuring Chris Martin) | 3:23 |
13. | Big Brother | 4:47 |
Ümumi: 51:23 |
14. | Good Night (featuring Al Be Back and Mos Def) | 3:07 |
14. | Can't Tell Me Nothing (remix featuring Young Jeezy) | 4:08 |
14. | Good Night (featuring Al Be Back and Mos Def) | 3:06 |
15. | Stronger (A-Trak Remix) | 4:34 |
14. | Good Night (featuring Al Be Back and Mos Def) | 3:06 |
15. | Bittersweet Poetry (featuring John Mayer) | 4:01 |
14. | Stronger (A-Trak Remix) | 4:34 |
15. | Stronger (AD Remix Main) | 4:48 |
Sempllər
- "Good Morning" trekində Elton Conun "Someone Saved My Life Tonight" mahnısının semplindən istifadə edilib.
- "Champion" trekində Steely Dan tərəfindən ifa olunmuş "Kid Charlemagne" mahnısının semplindən istifadə edilib.
- "Stronger" trekində Daft Punk-un "Harder, Better, Faster, Stronger" və Edwin Birdsong-un "Cola Bottle Baby" mahnılarının semplindən istifadə edilib.
- "I Wonder" trekində Labi Siffre-nin "My Song" mahnısının semplindən istifadə edilib.
- "Good Life" trekində Maykl Cekson tərəfindən ifa olunan "P.Y.T. (Pretty Young Thing)" mahnısının semplindən istifadə edilib.
İstinadlar
Xarici keçidlər