Hüceyrə qılafı

Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir.Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində əmələ gəlir vəprotoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexanikimöhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza,hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə qılafı bir neçə təbəqədənibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyəyaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asankeçə bilir.

Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinciqılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakinhüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ gəlir, qalınlaşır vəsellüloza ilə zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərindəüçüncü qılafın qatları əmələ gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrəarasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr əmələ gəlir.Qılafın üzərində əmələ gələn məsamələr quruluşca 2 cür olur: sadə və haşiyəliməsamələr.

Xarici şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənindaşıdığı vəzifədən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi dədəyişir. Hüceyrə qılafı odunlaşır, mantarlaşır və kutinləşir, selikləşir vəminerallaşır.

Qılafa liqnin (odun) hopduqda odunlaşır. Odunlaşma qılafa bərklik vəmöhkəmlik verir. Odunlaşmış qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır.Məsələn, yetişib ötmüş turp, çuğundur və s. Bəzən əks odunlaşma müşahidəolunur. Məsələn, armud və ya heyvanın saxlanma zamanı yetişməsi.Hüceyrənin qılafına yağabənzər maddə suberin (mantar) hopduqda qılafmantarlaşır, mumabənzər maddə kutin hopduqda isə kutinləşir. Qılafı mantarlaşmışvə kutinləşmiş hüceyrələr istər qazları, istərsə də mayeləri hüceyrənin daxilinə vəxaricinə keçirmir. Qılafın bütün səthi mantarlaşdıqda hüceyrənin canlımöhtəviyyatı məhv olur.

Həddindən artıq su hopması nəticəsində selikləşən qılafın kimyəvi tərkibi oqədər də dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. Təbii halda qarpıztoxumlarının qabıq hissəsi meyvənin daxilində suyun çoxluğundan, eləcə də əksəryosunların xarici səthi selikləşmiş olur. Albalı, gavalı, gilas, alça, ərik ağaclarıqabığının çatlarından sarımtıl yapışqan maddənin axması hallarına tez-tez rastgəlmək olur. Bu yapışqanlı maddə – selikləşmiş hüceyrə kütləsidir.Hüceyrənin qılafına çox vaxt mineral (kalsium və silisium) duzlar hopur vəqılafı minerallaşdırır. Qonşu hüceyrələrin protoplazmaları, məsamənin qapayıcıpərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmincanlı hüceyrələri arasında əlaqəni təmin edir. Məsamələrdən birləşən protoplazmatellərinə plazmodesmalar deyilir.

Mənbə

  • Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.