Hanyang Universiteti

Hanyang Universiteti (Koreya: 한양대학교) — Cənubi Koreyanın Ansan və Seul şəhərində yerləşən özəl tədqiqat universiteti.[1]

Hanyang Üniversiteti
한대, HYU
Xəritə
37°33′23″ şm. e. 127°02′40″ ş. u.
Əsası qoyulub1939
Ölkə
Saythanyang.ac.kr
hanyang.ac.kr/web/eng
hanyang.ac.kr/web/chn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hanyang (한양, 漢陽) Çoson krallığı dövründə istifadə edilən paytaxt Seulun keçmiş adından irəli gəlir.[2] Universitet 1939-cu ildə mühəndislik məktəbi kimi yaradılıb və ölkədə mühəndislik və memarlıq proqramları təklif edən ilk kollec olub.

Hanyang Universiteti ardıcıl olaraq Cənubi Koreya universitetləri arasında STEM[3] sistemi üzrə ən yaxşı universitetlər arasında yer alır.

Universitet hər il 3000-dən çox xarici tələbə qəbul edir və hər il 3300-dən çox tələbəni xaricə oxumağa göndərir. 2018-ci ilə kimi Hanyang Universitetinin 76 ölkədə 777 tərəfdaş universiteti var idi.[4]

Universitet təsiri, zənginliyi və reytinqlərinə görə Cənubi Koreyanın ən prestijli universitetlərindən biri hesab olunur.

Tarixi

Hanyang Universiteti 1 iyul 1939-cu ildə Yaponiya Koreyanı işğalı zamanı Dong-A Mühəndislik İnstitutu olaraq təsis edilmişdir. Dong-A İnstitutu Seulun Jongno rayonunda 630 tələbə və 35 fakültə ilə başlamışdır. 1941-ci ildə ilk məzunlarını yetişdirdikdən sonra Dong-A özünü kollec statusuna yüksəltməyə çalışdı, lakin heç bir nəticə vermədi.

1941-ci ilin mayında İnstitut köçürüldü və orta məktəbi bitirmiş 100 tələbəyə mühəndislik və texnologiya ixtisası üzrə təhsil təklif edildi. 1944-cü il martın 15-də, Koreya hələ Yaponiya işğalı altında olanda məktəb müvəqqəti bağlandı.[5][6]

1945-ci ilin avqustunda ölkə müstəqilliyini bərpa etdikdən sonra Dong-A İnstitutu özünü Milli Mühəndislik İnstitutu adlandırdı. İnstitutun rəhbəri doktor Kim Leung-cun Koreyanın yenidən qurulmasında sənayenin vacibliyini qabaqcadan görüb və məhkəmə və akademik orqanı kimi Hanyang Universitetini təsis etmişdir.

1948-ci ilin iyulunda məktəb Koreyada ilk dördillik mühəndislik kolleci kimi akkreditə olundu və ilk dekan Kim Lyun-cun oldu. Altı mühəndislik şöbəsi, habelə orta məktəb yaradıldı.[5][6]

1953-cü ildə Hanyang Universitetinə Təhsil Nazirliyi tərəfindən aspiranturaya icazə verildi.[5][6]

Kampusları

Seul kampusu

Hanyang Universiteti Seul, 2013

Seul kampusunda 15 kollec və 60 fakültə yerləşir.[7] Bu, fərqli akademik sahələrə əsaslanan müxtəlif tədqiqat mərkəzlərindən ibarətdir. Seul kampusunda Hanyang Qadın Universiteti və Hanyang Kiber Universitetinin binaları da daxil olmaqla 60-dan çox bina var.

2009-cu ildə Hanyang Universitetinin 70 illik yubileyini qeyd etmək üçün yeni inzibati bina tamamlandı.[8] Həmən il əlil tələbələr üçün Mərkəz tikildi.[9]

Kitabxanası

Universitetin 1.5 milyon kitab kolleksiyası, 12.500 seriyalı nəşr, 83.000 elektron jurnal və 50 akademik məlumat bazası olan kitabxanası var.

ERİKA kampusu

Hanyang ERIKA İnzibati Binası
ERIKA kampusunda Aslanlar gölü, Ansan
ERIKA Qonaq Evi
ERIKA Yerli/Beynəlxalq yataqxanası
ERIKA kampusunun əsas qapısı

Seuldan təxminən 40 km cənubda, Ansan şəhərində yerləşir.[10]

ERIKA kampusunda 9 kollec və 42 fakültə var.[11] Kampus peşəkar bacarıqları inkişaf etdirmək üçün nəzərdə tutulmuş Təhsil Tədqiqatları Klaster Proqramı kimi tanınan proqramla tanınır.[12][13] ERIKA kampusunun 3 yataqxanası[14], 5 məktəb yeməkxanası[15] və Ekoloji parkı var.

Magistratura

Hanyang Universitetinin magistr proqramları 3 məktəbə bölünür:

  1. Ümumi magistratura — sahə ilə bağlı tədqiqatlara diqqət yetirir
  2. Peşəkar magistratura — peşə bacarıqlarına daha çox diqqət yetirir
  3. Xüsusi magistratura — 87 magistratura və 85 doktorantura proqramı təklif edir.[16]

Proqramları

Seul şəhərciyi[17]

Hanyang Universitetinin Seul şəhərciyi bakalavr proqramlarını təklif edir:

ERIKA şəhərciyi

Ansandakı ERIKA kampusu aşağıdakı sahələrdə bakalavr proqramları təklif edir:[18]

  • Mühəndislik Elmləri
  • Tibb
  • Elm və Konvergensiya Texnologiyası
  • Dil və Mədəniyyət
  • Kommunikasiya və Sosial Elmlər
  • Hesablama
  • Biznes və İqtisadiyyat
  • Dizayn
  • İdman və İncəsənət
  • Marketinq

Ali məktəbi

Hanyang Universitetinin Ali Məktəbi aşagıda göstərilən magistr proqramlarını təklif edir:

Beynəlxalq proqramları[11][19]

İlk dəfə 2016-cı ildə təqdim edilən G2 Dil Təhsili Proqramı həm ingilis, həm də çin dillərində kursun bitirilməsini tələb edir. Hər iki dilin rəsmi qiymətləndirilməsi ilkin şərtdir.

Tədqiqat və inkişafı

Hanyang Universiteti biologiya elmləri, təbiət elmləri, tibb, təbii sərvətlər və ətraf mühit, media və kommunikasiya və biznes idarəçiliyi sahələrində fəal tədqiqat proqramlarını inkişaf etdirir. Hanyang Yeni Hanyang 2020 planı çərçivəsində “Tədqiqat Rəqabət Qabiliyyətinin Təminatı”nı özünün əsas strateji istiqamətlərindən biri kimi təyin etmişdir.[20] Öz növbəsində, Sənaye-Universitet Əməkdaşlıq Fondu universitetdə daha çox fərdi və birgə tədqiqatları təşviq etmək üçün tədqiqat layihələri üçün ilkin mərhələdən maliyyə təmin etmək və tanınmış beynəlxalq jurnallarda tədqiqat məqalələrinin dərc edilməsinə köməklik təklif etmək üçün çalışır.

Əsas tədqiqat nailiyyətləri

Hanyang Universitetinin tədqiqat üçün nüfuzu aşağıdakı əsas nailiyyətlərlə nəticələndi:[21][22][23][24]

Hanyang hazırda ERIKA kampusunda beynəlxalq standartlara uyğun komponentlər və materiallar üçün R&D klasterini idarə edir. Bu təyin edilmiş “Klaster Sahəsi”ndə rezident dövlət tədqiqat institutlarına KITECH, KTL və KERI daxildir. Burada LG Innotek və LG Mikron kimi özəl şirkətlərin tədqiqat mərkəzləri də var.

Reytinqi

Hanyang Universiteti ardıcıl olaraq ölkədə №1 mühəndislik məktəbi seçilir.

İstinadlar

Xarici keçidlər