Hatra

Hatra (ərəb. الحضرal-Ḥaḍr) — İraqın Ninəvə mühafazasıCəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır.[1]

Hatra
ərəb. الحضر
Şəhər xarabalıqlarının təxminən 1988-ci ildə çəkilmiş şəkli
Xəritə
35°35′17″ şm. e. 42°43′06″ ş. u.
Ölkə İraq
YerləşirNinəvə mühafazası
AidiyyatıSelevkilər imperiyası, Parfiya
Əsas tarixlərb.e. 241 - tərk edilib
Tikilmə tarixie.ə. III-II əsrlər
Sahəsi
  • 323,75 ha
Vəziyyətinaməlum
TipiMədəni
Kriteriyaii,iii,iv,vi
Təyin edilib1985
İstinad nöm.277
Dövlətİraq
RegionƏrəb ölkələri
Hatra (İraq)
Hatra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin EllinizmQədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi.

7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.[2]

Qalereya

İstinadlar