Hers

Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir:

Hers
Ümumi məlumatlar
Ölçdüyü anlayışTezlik[1][2]
Adını daşıyırHenrix Hers
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1 Hs = 1 san−1

1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır.

Göz qırpma tezlikləri: F=0,5 Hs, (Hs = Hers) 1,0 Hs və 2,0 Hs. Tezlik və interval (zaman, t=san) həmişə tərs mütənasibdir: f=1/T; T=1/f.

Tarixi

Henrix Hers

Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.[3]. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.

Bölünənləri və ayrı-ayrı vahidləri

Onluq bölünən ədədləri və ayrı-ayrı vahidlər Sİ-in standart ön şəkilçilərinin köməyi ilə yaradır.

DərəcəsiAdıSimvoluDərəcəsiAdıSimvolu
100HersHs~~~
101dekaHersdeHs10−1desiHersdHs
102hektaHershHs10−2santiHerscHs
103kiloHersKHs10−3milliHersmHs
106meqaHersMHs10−6mikroHersµHs
109giqaHersGHs10−9nanoHersnHs
1012teroHersTHs10−12pikoHerspHs
1015pekaHersPHs10−15femtoHersfHs
1018eqzaHersEHs10−18attoHersaHs
1021zettaHersZHs10−21zeptoHerszHs
1024yottaHersYHs10−24yoktoHersyHs

Hers və Bekkerel

Sİ-də hersdən başqa daha eyni bərabərliyə malik (1/s) bir törəmə vahid mövcuddur: bekkerel törəmə vahidi. Vahidlərin ikisi də bərabərliyə malikdir, amma adlarının müxtəlifliyi, onların tətbiq sferalarının fərqi ilə bağlıdır: Hers yalnız dövri proseslər üçün istifadə olunur, amma Bekkerel — yalnız radionuklidlərin[4] dağılmasının təsadüfi prosesləri üçün istifadə olunur.

Maraqlı faktlar

  • İnsan qulağıyla qəbul edilən tezliklərin orta diapazonu 20 Hs-dan 20 KHs-a qədər uzanır.
  • Sakit vəziyyətdə ürək təxminən 1 Hs tezliklə döyünür (qeyd: almanca tərcümədə "Herz" sözü "ürək" sözüdür. Ancaq, böyük fizikin soyadı Hertz yazılır).
  • Birinci oktavanın lya notunun tezliyi 440 Hs təşkil edir. Kamertonun standart tezliyidir.
  • İnsan tərəfindən qəbul edilən elektromaqnit sahəsinin tərəddüd tezlikləri şüa (işıq) kimi, 3,9 * 1014-dan 7,9*1014 Hs diopazonuna qədər uzanır.

İstinadlar