Hersşprunq-Ressel

Hersşprunq-Ressel diaqramı-Spektr-işıqlıq diaqramı

XX yüzilliyin əvvələrində artıq yüzlərlə ulduzun illik parallaksı, başqa sözlə bu ulduzlara qədər məsafə məlum idi. Odur ki, həmin ulduzların görünən ulduz ölçülərini bilməklə onların mütləq ulduz ölçüləri, mütləq ulduz ölçüləri bilməklə ulduzların işıqlıqlarını, nəhayət, spektral sinifləri, yaxud effektiv temperaturları təyin edilmişdi.

Şəkil 1. Hersşprunq-Ressel diaqramı

Bütün statistik məlumatlar əsasında XX yüzilliyin 5–13-cü illərində danimarkalı astrofizik Hersşprunq və amerikalı astrofizik Ressel ulduzların işıqlığı ilə onların spektral sinifləri arasında maraqlı əlaqə olduğunu müəyyən etmişlər. Bu aslılıq "spektr-işıqlıq" diaqramı, yaxud Hersşprunq-Ressel (H.-P.) diaqramı adlanır. Hersşprunq diaqramda baş ardıcıllıq və ondan altda cırtdan ulduzları yerləşdirmiş, Ressel isə sonra üstdəki ulduzları diaqrama əlavə etmişdir. Sonralar "spektr-işıqlıq" diaqramı təkmilləşdirilmiş, sol və sağ ordinat oxunda işıqlıq və mütləq ulduz ölçüsü, alt və üst absis oxunda isə spektral siniflər (yaxud əsas rəng göstəricisi) və effektiv temperatur olmaqla diaqramda ulduzların vəziyyəti müəyyən edilmişdir.