Hoanq Van Thay

Hoanq Van Thay (vyet. Hoàng Văn Thái; 1 may 1915[1]2 iyul 1986, Hanoy) — Vyetnam kommunist hərbi və siyasi xadimi.[2] .

Hoanq Van Thay
Şəxsi məlumatlar
Doğum tarixi1 may 1915(1915-05-01)[1]
Vəfat tarixi2 iyul 1986(1986-07-02) (71 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növüVyetnam Xalq Ordusu
Komandanlıq edib
Döyüşlər
Təltifləri"Qırmızı bayraq" ordeni

Erkən həyatı

Şimali Vyetnam ərazisində anadan olmuşdur. Hoanq 1938-ci ildə Vyetnam Kommunist Partiyasına qoşulmuşdur.[3]

Hərbi fəaliyyəti

O, Vyetnam Xalq Ordusunun ilk qərargah rəisi və Vyetnam Demokratik Respublikasının əsas hərbi qüvvələrinin rəhbəri olmuşdur.[3] Hoanq Dyenbyenfu döyüşündə qərargah rəisi idi. Cənubi Vyetnam Qurtuluş Ordusuna komandanlıq etmişdir. Tet hücumu zamanı Hoanq Şimali Vyetnam Ordusunda yüksək rütbəli zabit idi.[2]

1975-ci ildə Cənubi Vyetnamda ABŞ-nin dəstəklədiyi hökumətə qarşı kommunistlərin qələbəsindən sonra general Hoanq müdafiə nazirinin müavini təyin edilmişdir. O, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və 1960-cı ildən parlamentdə təmsil olunmuşdur.[3]

Mükafatlar

İstinadlar