Homo antisessor

Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur:1) Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür;2) Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir;3) Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur;4) Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır;5) Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir.İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi hannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən arefaktlar da tapılmışdır. 2010-cu ildə İngiltərənin cənub-şərq hissəsində eyni dövrə aid edilən əmək alətləri tapılmış və həmin əmək alətlərinin yaşı 850 min il bundan əvvələ aid edilmişdir. 2013-cü ildə İngiltərənin Norfolk əyalətində yaşı 850-950 min il arası olan ayaq izləri aşkar edilmişdir. Bu tapıntıları və İspaniyadakı Atapuerko dağlarından tapılan Atapuerko tapıntılarını UNESCO bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Homo antisessor
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Qranddəstə:
Euarchonta
Mirdəstə:
Dəstə:
Yarımdəstə:
İnfradəstə:
Parvdəstə:
Catarrhini
Fəsiləüstü:
Hominoidea
Fəsilə:
Yarımfəsilə:
Cins:
???:
Homo antisessor
Beynəlxalq elmi adı

Mənbə

Bermudez de Castro, Arsuaga, Carbonell, Rosas, Martinez & Mosquera 1997:"A hominid from the Lower Pleistocene of Atapuerca,Spain: possible ancestor to neandertals and modern humans", Science, 276:1392-1395