I Ptolemey

I Ptolemey (yun. Πτολεμαίος Σωτήρ — "Xilaskar Ptolomey"; lat. Ptolemaeus; ən tezi e.ə. 367ən geci e.ə. 366[2][3], Makedoniya İmperiyasıən tezi e.ə. 283ən geci e.ə. 282[3], İsgəndəriyyə) — Makedoniyalı İsgəndərin sərkərdəsi və silahdaşı, Misirin ellinizm dövrünün əvvəlcə diodoxlardan biri sonra firon hökmdarı (e.ə. 323e.ə. 283), ptolomeylər sülaləsinin yaradıcısı. E.ə. 305-ci ildə firon rütbəsini qəbul etmişdir.

Qədim Misir fironu
I Ptolemey
I Ptolomey, büst, Luvr muzeyi, Paris
I Ptolomey, büst, Luvr muzeyi, Paris
SülaləPtolemeylər
Tarixi dövrQədim Misir
XələfiII Ptolemey
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Makedoniyalı yunan aristokratı Laqın oğludur. Makedoniyalı İsgəndərin ən sadiq silahdaşı, sərkərdəsi və eyni zamanda cangüdəni olmuşdur. İsgəndərin Əfqanıstan və Hindistan yürüşlərində fəal iştirak etmişdir. İsgəndərin əmri ilə e.ə. 324 cü ildə Şuşan şəhərində Əhəmənilər sülaləsinin hökmdarı II Ərdəşir/II Artakserksin nəvəsi fars aristokratı II Artobazın qızı Artakama evlənmişdir.

İstinadlar