Kətan

Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi.

Kətan
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Linoideae
Cins:
Kətan
Beynəlxalq elmi adı

Əhəmiyyəti

Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin. Yem kimi istifadə olunan püfəsinin (saman) hər kiloqramında 0,27 yem vahidi, 20 qr. həzm olunan protein vardır. İplik kətanın gövdəsində 12-17 % lif vardır. Bu lif keyfiyyətinə görə uzunlifli kətanın lifindən geri qalır. Ondan kobud (qaba) parçaların və yüksək kağız sortlarının alınmasında istifadə edilir.

Tarixi, mənşəyi və yayılması

Kətan bizim eradan 4-5 min il əvvəl Hindistan, Çin, Misir və Zaqafqaziyada məlum olub. Kətan bitkisi asanlıqla yabanı formaya keçir. Bir çox ölkələrdə, o cümlədən də cənubi Rusiyada özünü yabanı bitki kimi göstərir. Rusiya ərazisinə Asiyadan keçmişdir. Hazırda kətanı Avropanın, Asiyanın və şimali Amerikanın isti yerlərində və Şimali Afrikada becərilir. Bu hipotezlərin bəzilərində daryarpaq kətanın yabanı halda İran körfəzi dövlətləri ərazilərindən başlayaraq Xəzər və Qara dəniz sahillərinə qədər gəlib çıxdığı göstərilir. Başqaları isə göstərirlər ki, mədəni kətan ilk dəfə öz başlanğıcını Hindistanın dağlıq ərazisindən götürmüşdür. Burada bizim eradan 9 min il qabaq kətan bitkisinin becərilməsi haqqında arxeoloji qazıntılar məlumat verir. Bəziləri isə kətanın ilk əkin sahələrinin Yaxın şərq, Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkələri olduğunu qeyd edirlər. Bu yerlərdə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən kətan qalıqlarına əsaslanaraq alimlər onun Daş dövründə əkildiyini söyləyirlər.

Kətanın becərilməsinə Rusiya ərazisində qədim dövrlərdən başlanılıb. III-V əsrlərdə kətan Rusiyanın Yaroslavl və Kostroma vilayətində becərilib. Artıq X əsrdə Rusiyada kətandan istehsal olunan parça, iplik, lif və yağ yalnız ölkənin öz ehtiyaclarını ödəmək üçün deyil, hətta xarici ölkələrə də satılırdı. Kətanın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkələrində cəmləşmişdir. Rusiya, UkraynaBelarus dövlətlərində əkin sahəsi daha çoxdur. Polşa, Rumıniya, Fransa, Çexiya, Hollandiya və s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir.

Yer kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan çox, yağlıq kətanınkı isə təxminən 1 mln. hektardır. Yağlıq kətanın əkinləri Argentina, ABŞ, Kanada və Hindistanda daha çoxdur. Rusiya ərazisində əkin sahəsi 200 min hektardır. Kətanın lif məhsuldarlığı orta hesabla hektardan 0,4 tondur, lakin potensial imkanı 1,6 və daha çoxdur. Herodot göstərir ki, Kolxididə kətandan hazırlanan parça məmulatları ilə təkcə daxili tələbi ödəmir, onları bir çox Şərq və Qərb dövlətlərinə də ixrac edirdilər. O qeyd edir ki, Dnepr və Dnestr çayları ətrafında yaşamış qədim skiflər buğda, mərcimək, soğan, sarımsaqla yanaşı, kətan və çətənə də əkərək onlardan əla keyfiyyətli parçalar toxuyarlarmış. Herodotun bu fikirlərini Dnepr çayı sahillərində arxeoloji qazıntılar nəticəsində əldə edilmiş materiallar da təsdiq edir. Müəyyən etmişlər ki, o dövrlərdə indiki Litva xalqları da kətançılıqla geniş surətdə məşğul olmuşlar. Ərəb səyyahı İbn-Faldan 901-ci ildə Volqa və Ural ətrafı ərazilərdə olan zaman kətandan hazırlanmış parçadan tikilmiş paltarda gəzənlərə rast gəlmişdir.

Botaniki təsviri

Kətan bitkisi bitkilər aləminin, çiçəkli bitkilər şöbəsinin, ikiləpəlilər sinfinin, malpigiçiçəklilər sırasının kətankimilər (Linaceae) fəsiləsinin, kətan (Linium L.) cinsinə daxil olan birillik və çoxillik ot tipli bitkidir. Müxtəlif mənbələrə əsasən demək olar ki, kətan cinsinin dünyada 100-dən 200-ə qədər növü məlumdur. Hazırda bunlardan lifinin uzunluğuna, keyfiyyətinə, davamlılığına və toxumlarının yağvermə qabiliyyətinə görə daha məhsuldar olan bir növü elmi əsaslarla müəyyən edib, mədəni hala keçirmişlər. Bu uzunlifli kətan – L. usitalissimum adlandırılmışdır və əksər ölkələrdə geniş surətdə əkilib becərilir. Hazırda onun beşə qədər növmüxtəlifliyi əldə edilmişdir. Bunlardan uzunlifli və yaxud iplik L. elongata; lül – maşın ipliyi və yaxud aralıq təşkil edən L. intermedia, qıvrım və ya yağtəbiətli (yağlı) L. brevimulicaulina, iritoxumlu L. macrospermum və əyilən yarım qışlayan L. prostratanı göstərə bilərik.

Kətançılıq təsərrüfatı lif və yağ almaq məqsədilə inkişaf etdirilir. Liflik məqsədilə uzunlifli kətandan, yağ məqsədləri üçün isə qıvrım və yaxud yağlı kətandan (Linum usitatissimum ssp. humile (Mill.) Czernom.) istifadə edilir.

Növləri

  • Linum acuticarpum C.M.Rogers
  • Linum adenophyllum A.Gray
  • Linum adustum E.Mey. ex Planch.
  • Linum aethiopicum Thunb.
  • Linum africanum L.
  • Linum aksehirense Tugay & Ulukuş
  • Linum alatum (Small) H.J.P.Winkl.
  • Linum album Kotschy ex Boiss.
  • Linum allredii Sivinski & M.O.Howard
  • Linum alpinum Jacq.
  • Linum altaicum Ledeb. ex Juz.
  • Linum amurense Alef.
  • Linum anglicum Mill.
  • Linum appressum Caball.
  • Linum arboreum L.
  • Linum arenicola (Small) H.J.P.Winkl.
  • Linum aretioides Boiss.
  • Linum aristatum Engelm.
  • Linum aroanium Boiss. & Orph.
  • Linum australe A.Heller
  • Linum austriacum L.
  • Linum ayliniae Yılmaz
  • Linum bahamense Northr.
  • Linum baicalense Juz.
  • Linum basarabicum (Săvul. & Rayss) Klokov ex Juz.
  • Linum berlandieri Hook.
  • Linum betsiliense Baker
  • Linum bicarpellatum Sharsm.
  • Linum bienne Mill.
  • Linum boissieri Asch. & Sint. ex Boiss.
  • Linum brachypetalum O.Schwartz
  • Linum brevifolium A.St.-Hil. & Naudin
  • Linum brevistylum C.M.Rogers
  • Linum breweri A.Gray
  • Linum burkartii Mildner
  • Linum caespitosum Sm.
  • Linum californicum Benth.
  • Linum campanulatum L.
  • Linum capitatum Kit. ex Schult.
  • Linum cariense Boiss.
  • Linum carneum A.St.-Hil.
  • Linum carnosulum Boiss.
  • Linum carratracense (Rivas Goday & Rivas Mart.) Mart.Labarga & Muñoz Garm.
  • Linum carteri Small
  • Linum catharticum L.
  • Linum chaborasicum Mouterde
  • Linum chamissonis Schiede
  • Linum ciliatum Hayek
  • Linum clevelandii Greene
  • Linum compactum A.Nelson
  • Linum comptonii C.M.Rogers
  • Linum congestum A.Gray
  • Linum corymbiferum Desf.
  • Linum corymbulosum Rchb.
  • Linum cratericola Eliasson
  • Linum cremnophilum I.M.Johnst.
  • Linum cruciatum Planch.
  • Linum cubense Bisse
  • Linum czernjajevii Klokov
  • Linum decumbens Desf.
  • Linum densiflorum P.H.Davis
  • Linum digynum A.Gray
  • Linum doerfleri Rech.f.
  • Linum dolomiticum Borbás
  • Linum drymarioides Curran
  • Linum elegans Spruner ex Boiss.
  • Linum elongatum H.J.P.Winkl.
  • Linum emirnense Bojer
  • Linum empetrifolium (Boiss.) P.H.Davis
  • Linum erigeroides A.St.-Hil.
  • Linum ertugrulii Tugay, Bağcı & Uysal
  • Linum esterhuyseniae C.M.Rogers
  • Linum euboeum Bornm.
  • Linum extraaxillare Kit.
  • Linum filiforme Urb.
  • Linum flagellare (Small) H.J.P.Winkl.
  • Linum flavum L.
  • Linum floridanum (Planch.) Trel.
  • Linum flos-carmini Ruiz-Martin, Mart.Labarga, Jim.Mejías & Pérez-Barr.
  • Linum gaditanum Mart.Labarga & Muñoz Garm.
  • Linum goulimyi Rech.f.
  • Linum gracile Sm. ex Planch.
  • Linum grandiflorum Desf.
  • Linum guatemalense Benth.
  • Linum gyaricum Vierh.
  • Linum gypsogenium G.L.Nesom
  • Linum harlingii Eliasson
  • Linum harperi Small
  • Linum hellenicum Iatroú
  • Linum heterosepalum Regel
  • Linum heterostylum C.M.Rogers
  • Linum hirsutum L.
  • Linum hologynum Rchb.
  • Linum hudsonioides Planch.
  • Linum hypericifolium Salisb.
  • Linum imbricatum (Raf.) B.D.Jacks.
  • Linum intercursum E.P.Bicknell
  • Linum iranicum Hausskn. ex Bornm.
  • Linum jimenezii Pau
  • Linum katiae Peruzzi
  • Linum kaynakiae Yılmaz
  • Linum keniense T.C.E.Fr.
  • Linum khorassanicum Joharchi & Behrooz.
  • Linum kingii S.Watson
  • Linum komarovii Juz.
  • Linum kurdicum (P.H.Davis) Naum.-Svetl.
  • Linum lasiocarpum Rose
  • Linum leonii F.W.Schultz
  • Linum leucanthum Boiss. & Spruner
  • Linum lewisii Pursh
  • Linum littorale A.St.-Hil.
  • Linum longipes Rose
  • Linum lundellii C.M.Rogers
  • Linum macraei Benth.
  • Linum macrocarpum C.M.Rogers
  • Linum macrorhizum Juz.
  • Linum marginale A.Cunn.
  • Linum marianorum (Rivas Goday & Bellot) Mart.Labarga & Muñoz Garm.
  • Linum maritimum L.
  • Linum marojejyense (Humbert) C.M.Rogers
  • Linum mauritanicum Pomel
  • Linum mcvaughii C.M.Rogers
  • Linum medium (Planch.) Britton
  • Linum meletonis Hand.-Mazz.
  • Linum mexicanum Kunth
  • Linum micranthum A.Gray
  • Linum milletii Sennen & Gonzalo
  • Linum modestum C.M.Rogers
  • Linum monogynum G.Forst.
  • Linum mucronatum Bertol.
  • Linum mysorense B.Heyne ex Benth.
  • Linum narbonense L.
  • Linum nelsonii Rose
  • Linum neomexicanum Greene
  • Linum nervosum Waldst. & Kit.
  • Linum nodiflorum L.
  • Linum numidicum Murb.
  • Linum nutans Maxim.
  • Linum obtusatum (Boiss.) Stapf
  • Linum olgae Juz.
  • Linum oligophyllum Willd. ex Schult.
  • Linum olympicum Boiss.
  • Linum orizabae Planch.
  • Linum pallasianum Schult.
  • Linum pallescens Bunge
  • Linum pamphylicum (Boiss.) Podp.
  • Linum perenne L.
  • Linum persicum Boiss.
  • Linum peyronii Post
  • Linum phitosianum Christod. & Iatroú
  • Linum platyphyllum (P.H.Davis) Yıld.
  • Linum polygaloides Planch.
  • Linum pratense (Norton) Small
  • Linum pringlei S.Watson
  • Linum prostratum Dombey ex Lam.
  • Linum puberulum (Engelm.) A.Heller
  • Linum pubescens Banks & Sol.
  • Linum punctatum C.Presl
  • Linum pungens Planch.
  • Linum quadrifolium L.
  • Linum ramosissimum Gay
  • Linum rigidum Pursh
  • Linum rupestre Engelm. ex A.Gray
  • Linum rzedowskii Arreguín
  • Linum salsoloides Lam.
  • Linum scabrellum Planch.
  • Linum schiedeanum Schltdl. & Cham.
  • Linum scoparium Griseb.
  • Linum selaginoides Lam.
  • Linum seljukorum P.H.Davis
  • Linum setaceum Brot.
  • Linum silpii Gomb.
  • Linum smallii (C.M.Rogers) K.Bradley & Weakley
  • Linum smithii Mildner
  • Linum spergulinum A.Gray
  • Linum squamulosum Rudolphi ex Willd.
  • Linum squarrosum Munby
  • Linum stelleroides Planch.
  • Linum stocksianum Boiss.
  • Linum striatum Walter
  • Linum strictum L.
  • Linum subbiflorum Juz.
  • Linum subteres (Trel.) H.J.P.Winkl.
  • Linum suffruticosum L.
  • Linum sulcatum Riddell
  • Linum tauricum Willd.
  • Linum tegedense (C.Vicioso ex Pau) Mart.Labarga & Muñoz Garm.
  • Linum tenellum Schltdl. & Cham.
  • Linum tenue Desf.
  • Linum tenuifolium L.
  • Linum thesioides Bartl.
  • Linum thracicum Degen
  • Linum thunbergii Eckl. & Zeyh.
  • Linum tmoleum Boiss.
  • Linum toxicum Boiss.
  • Linum triflorum P.H.Davis
  • Linum trigynum L.
  • Linum turcomanicum Juz.
  • Linum ucranicum (Griseb. ex Planch.) Czern.
  • Linum unguiculatum P.H.Davis
  • Linum uninerve (Rochel) Jáv.
  • Linum usitatissimum L.
  • Linum vanense Azn.
  • Linum velutinum Steud. ex Planch.
  • Linum vernale Wooton
  • Linum verruciferum Azn.
  • Linum villarianum Pau
  • Linum villosum C.M.Rogers
  • Linum violascens Bunge
  • Linum virginianum L.
  • Linum virgultorum Boiss. & Heldr. ex Planch.
  • Linum viscosum L.
  • Linum volkensii Engl.
  • Linum vuralianum Yılmaz & Kaynak
  • Linum westii C.M.Rogers

İstinadlar

Həmçinin bax