Kamal Kərimov

Azərbaycan vokalçı-aktyoru

Kamal Həmid oğlu Kərimov (20 fevral 1925, Bakı13 yanvar 1995, Bakı) — Azərbaycan opera müğənnisi (lirik tenor), vokalçı-aktyor, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1960).

Kamal Kərimov
Doğum tarixi
Doğum yeriBakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyətivokalçı-aktyor
TəhsiliAzərbaycan Dövlət Konservatoriyası
TeatrAzərbaycan Dövlət Musiqili Komediya Teatrı,
Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960

Həyatı

Kamal Kərimov 20 fevral 1925-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə olarkən "Koroğlu" operasında Nadir roluna dəvət olunub. Böyük Vətən müharibəsinə yollanan K.Kərimov ali musiqi təhsilini müharibədən qayıtdıqdan sonra başa vurmuşdur.[1]

Lirik tenor səs tembrinə sahib olan Kamal Kərimov təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. 1949-cu ilin əvvəllərində, teatr bağlananda Filarmoniyanın nəzdindəki musiqili komediya ansamblında və daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. Bir müddət sonra müəllimliyə keçərək uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib.[1]

Kamal Kərimov 13 yanvar 1992-ci ildə Bakıda vəfat edib.

Mükafatları

İfa etdiyi əsas rollar

Musiqili Komediya Teatrında
TamaşaMüəllifRol
Məşədi İbadÜzeyir HacıbəyovSərvər
Arşın mal alanÜzeyir HacıbəyovƏsgər
UlduzSabit Rəhman
Süleyman Ələsgərov
Bəxtiyar
ÜrəkçalanlarMəmməd Səid Ordubadi
Fikrət Əmirov
Kirmanlı
Toy kimindir?Məhərrəm Əlizadə
Ağası Məşədibəyov
Mehman
DurnaSüleyman Rüstəm
Süleyman Ələsgərov
Aşıq Murad
Gözün aydınMəhərrəm Əlizadə
Fikrət Əmirov
Alay
Hacı Qara[a]Mirzə Fətəli Axundov, Şəmsi Bədəlbəyli
Vasif Adıgözəlov, Ramiz Mustafayev
Heydər bəy
Bayaderaİmre KalmanRacami
QızılaxtaranlarHəsən Seyidbəyli
Tofiq Quliyev
Nadir
Kəndimizin mahnısıKərim Kərimov
Zakir Bağırov
Lətif
Əlli yaşında cavanZülfüqar HacıbəyovQulu
Keto və Kote[b]Levon Cubabiriya
Viktor Dolidze
Kote
Mavi mazurkaFrents LeqarYulian[c]
Opera Teatrında
TamaşaMüəllifRol
KoroğluÜzeyir HacıbəyovNadir
Arşın mal alanÜzeyir HacıbəyovƏsgər
Sevilya bərbəriCoakkino RossiniQraf Almaviva
DemonAnton RubinşteynKnyaz Sinodal

Qeydlər

İstinadlar

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.