Kanye Vest

Amerikalı repçi, prodüser və dəb dizayneri
(Kanye West səhifəsindən istiqamətləndirilmişdir)

Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977[1][2], Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri.[5][6][7]

Kanye Vest
ing. Kanye West
Vest 2009-cu ilin aprelində
Vest 2009-cu ilin aprelində
Ümumi məlumatlar
Doğum adıKanye Omari West[3]
Ləqəbi
  • Ye
  • Yeezus
  • Saint Pablo
  • Yeezy
  • Louis Vuitton Don
Doğum tarixi8 iyun 1977(1977-06-08)[1][2] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Uşaqları
AnasıDonda Vest[d]
Musiqiçi məlumatları
Fəaliyyətirepçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, iş adamı, qastronomçu, aktyor, dəb dizayneri, incəsənət xadimi, memar, siyasətçi
Fəaliyyət illəri1996-cı ildən
Janrlaralternativ hip-hop, proqressiv rep[d], pop musiqisi, art pop, qospel, pop rep[d], hip-hop[d]
Musiqi alətlərisempler[d], klavişli alət[d], zərb aləti maşını[d]
Albom şirkətləriGOOD Music[d], Roc-A-Fella Records[d], Def Jam Recordings[d]
Təhsili
  • Amerika İncəsənət Akademiyası[d] (19951995),
  • Polaris məktəbi[d]
Elmi dərəcəsi
İmzanın şəkli
kanyewest.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb.[8][9] O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024)

Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.[10][11] Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir. Kanye eləcə də Donda məzmun şirkətinin əsasını qoyub.

Kanye Vestin açıq sözlü fikirləri medianın böyük marağına səbəb olmuşdur. O, sosial mediada, mükafat mərasimlərində və ictimai yerlərdə çoxsaylı qalmaqallara səbəb olub.[12] Kanye musiqi və moda sənayesi, ABŞ siyasəti, irq və köləlik haqqında mübahisəli fikirlər bildirib. Onun xristian inancı, Kim Kardaşyanla evliliyi və psixi sağlamlığı medianın diqqət mərkəzində olub.[13][14] 2020-ci ildə Kanye prezidentlik üçün namizədliyini irəli sürüb. Bununla belə, 2022-ci ildə o, geniş qınaqla üzləşib və antisemitist bəyanatlar verdikdən sonra Adidas, Gap və Balenciaga kimi böyük markalardan tərəfdaşlığını itirib.[15][16] 2022-ci ilin noyabrında o, 2024-cü il prezident seçkilərində namizəd olacağını bəyan edib və Nik Fuentes adlı ağ irqçi ilə ictimaiyyətə görünüb. Kanye Vest hətta Adolf Hitleri tərfiləyib, Holokostu inkar edib[17][18] və özünü nasist kimi qələmə verib, bu da mübahisələri daha da artırıb.

Həyatı

Kanye Vest 8 iyun 1977-ci ildə Corciya ştatının Atlanta şəhərində dünyaya göz açıb.[19][20]Üç yaşında olanda valideynləri boşandı və o, anası ilə birlikdə İllinoys ştatının Çikaqo şəhərinə köçdü.[21][22] Atası Rey Vest Qara Pantera partiyasının üzvü idi, həmçinin "The Atlanta Journal-Constitution" qəzetində çalışan ilk qaradərili fotojuranlistlərindən biri olmuşdu.[22] Anası Donda Vest, Klark Atlanta Universitetində ingilis dili professoru idi və Çikaqo Dövlət Universitetində İngilis dili kafedrasının sədri vəzisində çalışırdı.[23]

Vest orta səviyyəli bir mühitdə böyüdü və İllinoys ştatının Ouk-Lon şəhərindəki Polaris Fərdi Təhsil Məktəbində oxudu.[8] 10 yaşında anasının işi ilə bağlı olaraq Çinin Nankin şəhərinə köçdü.[24] Burada sinfin yeganə əcnəbi şagird idi, buna baxmayaraq mədəniyyətə və dilə tez uyğunlaşdı.[25] Vestin sözlərinə görə o, dərslərindən əla qiymətlər "A və B" alırdı.[26]

Vest erkən yaşlarında sənətə maraq göstərdi. O, beş yaşında şeir yazmağa, üçüncü sinifdə isə rep oxumağa başlayıb.[27] Yeddinci sinifdə o, musiqi bəstələyir və başqa sənətçilərə satırdı.[28] Onun prodüser No I.D. ilə yolları kəsişdi, o sonradan Vestin dostu və mentoru oldu.[29] Məktəbi bitirdikdən sonra Vest 1997-ci ildə Çikaqodakı Amerika Rəssamlıq Akademiyasında təhsil almaq üçün təqaüd aldı. Lakin o, daha sonra rəsm dərslərini yarımçıq qoydu və ingilis dili təhsili almaq üçün Çikaqo Dövlət Universitetinə yollandı. 20 yaşında universiteti buraxdı və musiqi karyerasına başladı. Bu qərar onun anasını məyus etdi, amma anası sonra bunu qəbul etdi.

Şəxsi həyatı

Kanye Vestin sərvəti 2021-ci ildə 1,8 milyard dollar təşkil edib.[30] 2022-ci ildə Kanye Vest yəhudilər haqqında mənfi şərhlər verib və bu, ictimaiyyətin və medianın əks reaksiyası və tənqidi ilə nəticələnib. Yeezy markası üçün Kanye ilə tərəfdaşlıq edən idman geyimləri şirkəti Adidas, bu fikirlərə görə onunla ortaqlığını dayandırmaq qərarına gəlib. Nəticə olaraq Kanye 400 milyon dollar itirib, çünki Adidas ilə müqaviləsi onun üçün əsas gəlir mənbəyi idi.[31]

2021-ci ilin avqustunda Kanye Vest şəxsi səbəblərə görə adını qanuni olaraq "Kanye Omari West"dən sadəcə "Ye"yə dəyişdirmək üçün müraciət edib.[32][33] Müraciət eyni ilin oktyabrında qəbul edilib.[34] Kanye 2018-ci ildən bəri adını dəyişdirməyi düşünürdü və illərdir ki, "Ye" təxəllüsündən istifadə edirdi. 2018-ci ildə Kanye müsahibəsində bu haqda danışıb: "Ye İncildə ən çox istifadə edilən sözdür. Bu "sən" mənasına gəlir. Və bununla mən sənəm. Mən bizik. Bu, yeganə mənasını verən Kanye olmaqdan sadəcə Ye-yə çevrildi."

Diskoqrafiya

Studiya albomları

Birgə hazırladığı albomlar

  • Watch the Throne (2011) (Jay-Z ilə)
  • Kids See Ghosts (2018) (Kid Cudi ilə)

Kompilasiya albomları

  • Cruel Summer (2012)

Demo albomları

  • Donda 2 (2022)

İstinadlar