Klavdi

Tiberi Klavdi Neron Germanik (1 avqust e.ə. 10, Luqdun[d]13 oktyabr 54, Roma[3]) — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 42-ci ildə Anadoluda Likiyanı, 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina tərəfindən zəhərlənmişdir.

Klavdi
lat. Tiberius Claudius Caesar Augustus Germanicus
25 yanvar 41 – 13 oktyabr 54
ƏvvəlkiKaliqula
SonrakıNeron
Şəxsi məlumatlar
Doğum adıTiberius Claudius Drusus
Doğum tarixi1 avqust e.ə. 10
Doğum yeri
Vəfat tarixi13 oktyabr 54 (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbizəhərlənmə[d]
Fəaliyyətisiyasətçi, tarixçi, avqur, yazıçı
AtasıDesim Klavdi Neron[4]
Həyat yoldaşları
Uşaqları
AiləsiYulilər-Klavdilər
DiniQədim Romada din, stoaçılıq[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

Yuli-Klavdi sülaləsinin zaman xətti

NeronKlavdiKaliqulaTiberiOktavian Avqust