Kral Şir (cizgi filmi, 1994)

Kral Şir (ing. The Lion King) — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmidir. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur.

Kral Şir
ing. The Lion King
JanrCizgi filmi
NövüMacəra
Komediya
Məhəbbət
RejissorRoccers Allers
Rob Minkoff
ProdüserDon Xan
Dilİngilis dili
ÖlkəABŞ ABŞ
StudiyaWalt Disney Feature Animation
DistribüsiyaWalt Disney Pictures
Davametmə müddəti87 dəqiqə
İl1994
Büdcə$45 milyon
Gəlir$951 583 777[1]
SonrakıKral Şir 2
ID 0110357

Məzmun

Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır. Vicdan əzabı çəkən Simba uzaq yollara düşür. Meşədə yoldaş olduğu Timon və Pumba sayəsində "Hakuna Matata" (suahili dilində: Qayğısız yaşamaq) fəlsəfəsini öyrənir və dərdsiz, qayğısız bir həyat tərzi olan bu fəlsəfəni qəbul edir.

Artıq bir neçə müddət keçmiş, Simba böyümüşdür. Əvvəllər kral Mufasanın məsləhətçisi olan Rafiki onun böyüməsini hiss etməyə başlayır. Cunqlidə Pumbanı ovlamaq istəyən köhnə yoldaşı Nala ilə qarşılaşması sayəsində məsuliyyətlərini xatırlayır və həyat zəncirindəki yerini almaq üçün dərhal bir qərar verməsi lazım olduğunu başa düşür. Nala Simbaya Şərəf səhrasında (ing. Pride Lands) çoxlu bədbəxt hadisələrin baş verdiyini və taxtın Skar tərəfindən ələ keçirməyindən danışır.

Simba özünü atasının ölümündə günahkarlıq olduğunu zənn edir. Lakin Rafiki onu atasının ruhu ilə bağlatdırır. Bu zaman Simba başa düşür ki, atasını əmisi Skar öldürmüşdür. Bu səbəbdən dostları ilə birlikdə Skarın padşahlığı üzərinə hücum edir. Onlar arasında gedən uzunmüddətli mübarizədən sonra Simba Skara qalib gəlir. Skar qayadan aşağı düşən zaman ona Kaftarlar hücum edir. Bütün pis hadisələr sona yetmişdir. Artıq taxtda Simba krallıq edir. Simba ilə Nalanın bir qız övladları dünyaya gəlir.

Mükafatlar

İlMükafatKateqoriyaAdNəticə
1994LAFCA MükafatıƏn yaxşı animatorRocer Allers, Rob MinkoffQələbə
1994National Board of ReviewƏn yaxşı ailəvi filmKral Şir cizgi filmiQələbə
1994Enni mükafatıƏn yaxşı orijinal musiqiHans ZimmerQələbə
1995Oskar MükafatıƏn yaxşı orijinal musiqiHans ZimmerQələbə
Ən yaxşı orijinal musiqiElton ConNominasiya
Ən yaxşı orijinal musiqiElton ConNominasiya
1995MTV Film MükafatıƏn yaxşı mənfi personajCerermi AyronsNominasiya
Ən yaxşı musiqiElton ConNominasiya
1995Kids' Choice MükafatıƏn sevimli filmKral Şir cizgi filmiQələbə
1995Qızıl Qlobus mükafatıƏn yaxşı orijinal musiqiHans ZimmerQələbə
Ən yaxşı orijinal musiqiElton ConNominasiya
1995Qremmi mükafatıƏn yaxşı orijinal musiqiHans ZimmerQələbə
Ən yaxşı orijinal musiqiElton ConNominasiya
1995Cavan Artist MükafatıƏn yaxşı orijinal musiqiCeyson Uiver və Lora VilyamsQələbə
Ən yaxşı orijinal musiqiConatan Teylor TomasNominasiya
1995BAFTA MükafatıƏn yaxşı musiqiHans ZimmerNominasiya
BAFTA Film MükafatıTerri Porter, Mel Metkalfe, David Hudson, Dok KeynNominasiya
1995Motion Picture Sound EditorsƏn yaxşı səs redaktəçisi: musiqiKral Şir cizgi filmiQələbə
Ən yaxşı səs redaktəçisi: canlandırılmış xüsusiyyətKral Şir cizgi filmiQələbə

Prayd səhrasının sülaləsi

Maraqlı faktlar

  • Cizgi filminin hekayəsi Vilyam Şekspirin "Hamlet" əsərindən ilhamlanmışdır.
  • Skarın caynaqları digər personajlara nisbətən çox nəzərə çarpır.[2]
  • Mufasa Simbaya krallıq haqqında danışarkən ulduza baxırlar. Ulduza baxan zaman bütün ulduzlar düzülsə, "Mikki Maus"un şəkli alınır.
  • Cizgi filminin orijinal rejissoru Corc Skribnerdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax