Kyoto Animation qətliamı

Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件?) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam.[3] Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır.[4] İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir.[5] Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır.[6]

Kyoto Animation qətliamı
Hücumdan sonra studiya binası.
Hücumdan sonra studiya binası.
Hücum yeriFuşimi, Kioto, Yaponiya Yaponiya
Vaxt18 iyul 2019
10:31 (YSV)
Hücum üsuluqəsdən yanğın törətmə
Silahbenzin (40 litr),[1] alışqan, 5 bıçaq (istifadə olunmamış), çəkic[2]
Həlak olanlar34
Yaralılar35
Qatil sayı1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır.

Arxaplan

Kyoto Animation Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyası və ranobe nəşriyyatçısıdır. Birinci studiyası Fuşimidə yerləşir. İkinci studiya (əsas ofis), beşinci studiya birinci studiyadan 1 stansiyalıq uzaqlıqda Ucidə yerləşir. Birinci studiya şirkətin əsas işçiləri tərəfindən istifadə olunurdu və 2015-ci ildə tikilib.[7][8]

Hücumdan bir neçə il öncə Kyoto Animation ölüm təhdidi mesajları almışdır. Şirkətin prezidenti Hideaki Hatta bu təhdidlərin anonim göndərildiyini və insidentlə əlaqəsi haqqında məlumatının olmadığını bildirmişdir.[9] Lakin o, bu barədə vəkilləri və polisləri məlumatlandırmışdır. Hadisə günü studiya bağlı olsa da, səhər radələrində ziyarətçilər gözlənilirdi.[7]

Hadisədən öncə də cinayətkar bəzi cinayət əməlləri törətmişdir. 2012-ci ildə o, İbarakidə bir bıçaqla mağaza qarət etmişdir və 3,5 illik həbs cəzası almışdır.

İnsident

Yanğın yerli vaxtla 10:31-də başlamışdır. Cinayətkar 40 litr benzinlə birinci studiyanın binasına gəlmişdir. "Ölün!" və "Gəbərin!" qışqıraraq binanı oda vurmuşdur. Hadisə zamanı binada başqa bir şirkətlə görüş keçirilirdi.[10] İki yanğın çıxışı da bağlı idi və cinayətkar tərəfindən alova verilmişdir. Bəzi insanlar əsas çıxışa gəlmək üçün nərdivanlara tərəf qaçanda cinayətkar onların üzərinə benzin tökmüşdür.[11] Cinayətkar dərhal ərazini tərk etmişdir. İşçilərdən biri onu evinə qədər təqib etmiş və polis onu həbs etmişdir.[5] Hadisə yerində bir çox istifadə olunmamış bıçaq tapılmışdır.[12] Binanın girişində yanğının böyüməsi nəticəsində insanlar binadan çıxa bilməmişdirlər. Üçüncü mərtəbənin nərdivanlarında 9 insan cəsədi tapılmışdır.

Həbs edildikdən sonra cinayətkar yüngül xəsarətlərlə xəstəxanaya aparılmışdır. Xəstəxanaya aparılarkən yanğını törətdiyini etiraf etmiş, studiyanı "dələduzluq" və "plaqiatlıq"la günahlandırmışdır.[5][13] Xəstəxanada müalicə olunarkən digər suallara cavab verməkdən imtina etmişdir.[14]

Yanğın yerli vaxtla saat 15:19-da söndürülmüşdür.[15] Yerli vaxtla saat 22:00-da Yanğın və Fəlakət Menecment Agentliyi yanğın nəticəsində binanın tamamilə məhv olduğunu açıqlamışdır.[1] Studiyanın bütün materialları və kompüterləri yanğında məhv olmuşdur.

Qurbanlar

İnsident nəticəsində azı 34 nəfər ölmüş,[16] 10-u ciddi olmaqla 35 nəfər yaralanmışdır.[1][17] Yanğın zamanı binada 74 nəfər var idi.[7]

"Amagi Brilliant Park" and "Miss Kobayashi's Dragon Maid" animelərinin rejissoru Yasuhiro Takemoto digər üç şəxslə itkin düşmüşdür. "Clannad" animesinin rejissoru İşihara Tatsuya, "Violet Evergarden" animesinin rejissoru İşidate Tayçi, "K-On!" və "Tamako Market" animelərinin rejissoru Naoko Yamada yanğından sağ çıxmışdırlar.

Reaksiya

Avropa anime lisenziya şirkəti Sentai Filmworks GoFundMe kampaniyası başladaraq ilk 4 saatda 250.000,[18] ilk 12 saatda isə 850.000 ABŞ dollarından çox məbləğ yığmışdır.

Anime rejissoru Makoto Şinkayanime sənayesindən bir çox insan öz narahatçılıqlarını ifadə etmişdirlər.[19]

Yaponiya baş naziri Şinzo Abe,[20] Kanada baş naziri Castin Trüdo,[21] Tayvan prezidenti Tsay İnven,[22] Çin[23], Fransa,[24] Filippin və Belçikanın Yaponiyadakı səfirlikləri insidentlə bağlı başsağlığı veriblər.

İstinadlar