Lay Tsin-de

Tayvanın vitse-prezidenti (2020–2024), Tayvanın prezidenti (2024–)

Lay Çinq-Te çin. {{{1}}}) — Tayvanlı siyasətçi və keçmiş həkim və hazırkı vitse-prezident. O, 2024-cü il prezident seçkilərində qalib gələrək Tayvanın prezidenti seçilib. Onun andiçmə mərasimi 2024-cü il mayın 20-də baş tutacaq. O, Tayvanın prezident olan üçüncü vitse-prezidenti və sələfinin ölümündən sonra deyil, seçki yolu ilə vəzifəyə gələn ilk şəxs olacaq.

Lay Tsin-de
çin. 賴清德
Qanunverici Yuan üzvü[d]
1 fevral 1999 – 31 yanvar 2002
Tainan meri[d]
25 dekabr 2010 – 7 sentyabr 2017
Çin Respublikasının Baş naziri[d]
8 sentyabr 2017 – 14 yanvar 2019
Çin Respublikası Milli Assambleyasının üzvü[d]
20 may 1996 – 31 yanvar 1999
Çin Respublikasının vitse-prezidenti[d]
20 may 2020 – 19 may 2024
Qanunverici Yuan üzvü[d]
1 fevral 2002 – 31 yanvar 2005
Qanunverici Yuan üzvü[d]
1 fevral 2005 – 31 yanvar 2008
Qanunverici Yuan üzvü[d]
1 fevral 2008 – 25 dekabr 2010
Demokratik Tərəqqi Partiyasının sədri[d]
Vəzifədədir
18 yanvar 2023-cü ildən
Çin Respublikasının Prezidenti[d]
Vəzifədədir
20 may 2024-cü ildən
ƏvvəlkiTsay İnven
Şəxsi məlumatlar
Doğum tarixi6 oktyabr 1959(1959-10-06) (64 yaş)
Doğum yeri
  • Vanli rayonu[d]
Partiya
  • Demokratik Tərəqqi Partiyası[d] (1994–)
Təhsili
Fəaliyyətisiyasətçi, həkim
Uşağı2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taypey qraflığında kömür mədənçisi ailəsində anadan olan Lay Taypeydəki universitetlərdə reabilitasiya və ictimai sağlamlıq üzrə təhsil alıb, daha sonra 2003-cü ildə Harvard Universitetində magistr dərəcəsi alıb. Milli Həkimə Dəstək Assosiasiyasının prezidenti vəzifəsində çalışdıqdan sonra Lay 1996-cı ildə Qanunverici Yuan seçkilərində namizədliyini irəli sürüb və qazanaraq Tainan şəhərini təmsil edib. Ardıcıl 4 dəfə Qanunverici Yuana yenidən seçildikdən sonra Lay 2010-cu ildə Tainan merliyinə namizəd olub. O, qalib gəlib və 2014-cü ildə yenidən seçilərək 7 il mer vəzifəsini icra edib.

O, 2020-ci ildən vitse-prezident vəzifəsini icra edir. 2023-cü ilin aprelində Lay, Demokratik Tərəqqi Partiyası tərəfindən 2024-cü il prezident seçkiləri üçün prezidentliyə namizəd olaraq irəli sürüldü və 40,05% səslə seçildi.

Özünü "Tayvanın müstəqilliyi üçün çalışan praqmatik işçi" kimi xarakterizə edən Lay, Tayvanın artıq müstəqil olduğunu iddia edir və siyasi statusu ilə bağlı mövcud status-kvonun saxlanmasının, həmçinin ABŞ və digər liberal demokratik dövlətlərlə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.