Liquriya dili

Liquriya dili (lìgure) – keçmiş Genuya Respublikasının ərazisində, Şimali İtaliyanın Liquriya regionunda, Fransanın Aralıq dənizi sahillərində, Monakada, Korsikada yerləşən Bonifaço qəsəbəsində və Sardiniyanın bəzi bölgələrində danışılan qallo-italyan dil. Qallo-italyan dili olsa da, mərkəzi və cənubi İtaliyanın italo-romans qrupuna aid xüsusiyyətlərə malikdir. Liquriyanın paytaxtı Genuyada danışılan Genuya dili bu dilin ləhcəsi hesab olunur. Ənənəvi olaraq "İtalyan ləhcələrinə" aid edilir. Bu dilin 500 mindən artıq daşıyıcısı var.

Liquriya dili
Orijinal adıLengoa ligure
Ölkələr
RegionLiquriya
Danışanların ümumi sayı
  • 500.000 nəf.[4]
Təsnifatı
Hind-Avropa dilləri
İtalik dilləri
Roman dilləri
Qərbi roman dilləri[d]
Qallo-İberiya dilləri[d]
Qallo-roman dilləri[d]
Qallo-italyan dilləri[d]
Liquriya dili
Yazılatın əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3lij
Dilin strukturlarının dünya atlasıitg
Atlas of the World’s Languages in Danger377
Ethnologuelij
Linguasphere51-AAA-oh
LINGUIST Listlij
IETFlij
Glottologligu1248
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Liquriya dilində ədəbiyyatın tarixi XIII əsrə qədər uzanır. Luçetto, Martin Piacco və Ciakomo Kavalli kimi şəxslər liquriyaca ədəbiyyatın mənsubları olmuşdurlar.

Status

Liquriya dilinin İtaliyada heç bir statusu yoxdur və qanunla qorunmur.[5] İtaliyadakı digər dillər və dialektlər kimi Liquriya dilinin danışanlarının sayı getdikcə azalmaqdadır. 2012-ci ilin statistikasına görə əhalinin ancaq 9%-i dostlar və ailələrlə bu dildə danışır.[6] Liquriya dili əsasən qocalar və təhsilsiz insanlar tərəfindən istifadə olunur. Buio Pesto musiqi qrupu 1995-ci ildən ancaq Liquriya dilində mahnılar bəstələyir.

Genuya Respublikasında əhəmiyyətli olduğu üçün ticarət vasitəsilə Fransa və Monakaya da yayılmışdır, bu ölkələrdə müxtəlif ləhcələri yaranmışdır. Monako Liquriya dilinin məktəbdə tədris olunduğu yeganə yerdir.

Dialektləri

Liquriya dilinin yayıldığı ərazilər.

Qərbdən şərqə doğru getdikcə intemel, qərbi Liquriya, Genuya dialektlərinə və Çinkve-Terre şivəsinə bölünür.

Əlifba

Liquriya dili üçün ümumi qəbul edilmiş orfoqrafiya mövcud deyil. Genuya dialektinin isə iki əsas orfoqrafik standartı var. Liquriya əlifbası latın əlifbasına əsaslanır və 25 hərfdən ibarətdir: ⟨a⟩, ⟨æ⟩, ⟨b⟩, ⟨c⟩, ⟨ç⟩, ⟨d⟩, ⟨e⟩, ⟨f⟩, ⟨g⟩, ⟨h⟩, ⟨i⟩, ⟨l⟩, ⟨m⟩, ⟨n⟩, ⟨ñ⟩ və ya ⟨nn-⟩, ⟨o⟩, ⟨p⟩, ⟨q⟩, ⟨r⟩, ⟨s⟩, ⟨t⟩, ⟨u⟩, ⟨v⟩, ⟨x⟩, ⟨z⟩.

İstinadlar

Xarici keçidlər