Lodi döyüşü

Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi. Döyüşün nəticəsində fransızların 1.000 nəfər itkisinə qarşı avstriyalılar 5.000-dən çox itki verdi və fransızların İtaliyadakı mövqeyi möhkəmləndi. Lodi döyüşü Fransaya qarşı qurulan birinci koalisya müharibəsinin ən yaddaqalan döyüşlərindən biridir.

Lodi döyüşü
Tarix10 May 1796
YeriLodi,İtalya
NəticəsiFransa qələbəsi
Münaqişə tərəfləri

Fransa

Avstriya İmperiyası

Komandan(lar)

Napoleon Bonapart

Cosef Vukasoviç

Tərəflərin qüvvəsi

17.500 30 top

9.50014 top

İtkilər

1.000

5.22114 top

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  • Bonaparte's blitzkrieg in Italy 1796, Dego and Lodi
  • Photos of sites of the 1796 campaign
  • Paintings of battles of the 1796 campaign