Münəvvər Rzayeva

heykəltəraş

Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa, Dağlıq Qarabağ6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş.[1] Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).

Münəvvər Rzayeva
Doğum adıMünəvvər Məcid qızı Rzayeva
Doğum tarixi6 iyun 1929(1929-06-06)
Doğum yeri
Vəfat tarixi6 iyun 2004(2004-06-06) (75 yaşında)
Vəfat yeri
Fəaliyyətiheykəltaraş
Təhsili
Mükafatları"Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

Həyatı

Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.[2]

1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.[3]

Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.

M. Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdırdı. Yaradıcılığını, əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri təşkil edirdi. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur.[4]

Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

Xatirəsi

2019-cu ildə Münəvvər Rzayevanın 90 illik yubileyi qeyd olunmuşdur.[6]

Əsərləri

ŞəxsTarixYerləşdiyi yerŞəkilQeyd
Sevil Qazıyeva
(Sevil Qazıyevanın heykəli)
1969Bakı barelyef (bürünc)
Mikayıl Müşfiq
(Mikayıl Müşfiqin heykəli)
1970Bakı büst (qırmızı qranit)
Sergey Yesenin1977Mərdəkanheykəl
Ayna Sultanova1986Bakı büst
Mehdixan Vəkilov1976Bakı (2-ci Fəxri Xiyaban)heykəl
Əlibala Şirinov1973Bakı (2-ci Fəxri Xiyaban)heykəl
BəhmənyarBakı (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi)büst (mərmər)
İmadəddin NəsimiBakıheykəl (ağac)
Səməd Vurğun1966İmişliheykəl
Sevil Qazıyeva1972Zaqatalaheykəl
Mirzə Ələkbər Sabir1973Qubabüst
Məhsəti Gəncəvi
(Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983))
1983Gəncə heykəl
Mikayıl Müşfiq1989Xızı (Sayadlı)heykəl
Nigar Rəfibəyli
(Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998))
1998Gəncə heykəl (bürünc)
Heydər Əliyev1998Qusar ("Heydər Zirvəsi")barelyef (tunc)

İstinadlar