Müzakirə:Brilliant Dadaşova

Ən son rəy:2 il öncə, 159.146.10.131 tərəfindən "Plagiat" mövzusunda

Başlıqsız

Brilliant Dadaşovanın doğum ili həm 1959, həm də 1965 yazılıb. Əslində necədir, bilən var? Rus və ingilis vikipediyaları da buradakı kimi yazıblar. --Babək Akifoğlu 12:35, 28 noyabr 2011 (UTC)

Yəqin ki, Pırlanta Dadaşeva əhvalatı ilə bağlı olaraq bu qarışıqlıq yaranıb. --►Safir yüzüklü Ceklimesaj 12:38, 28 noyabr 2011 (UTC)

"APA"nın 2009-cu il 15 sentyabr tarixli "Brilliant Dadaşova bu gün 50 yaşını qeyd edir" adlı məqaləsinə istinad var. O hesabla 1959-cu ildə doğulub. 1965-ci ildə doğulması ilə bağlı hansı sayta istinad verilir? Anonim istifadəçi bu əlavəni edir və mənbə göstərmir. Belə getsə anonim istifadəçilərdən mühafizə etməli olacağıq. --Sortilegus 20:32, 28 noyabr 2011 (UTC)
  • Hörmətli Sortilegus doğru qeyd edirsiz. Artıq redaktələri geri qaytarmaqdan bezmişik---görünür mühafizəyə alınmanın zamanı gəlib çatıb. Lütfən məqaləni mühafizəyə götürün. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:22, 5 iyul 2012 (UTC)
Y Mühafizə olundu. --►CEKde gəlsin 10:42, 5 iyul 2012 (UTC)
  • Hörmətli istifadəçi Everest505 salamlar. Brilyant Dadaşova haqqında məqalədə etdiyiniz redaktə istinadsız edildiyi üçün qəbul edilməzdir. Yenə rusca vikidə özünüz etdiyiniz (əlbəttə istinadsız) dəyişkiliyi azvikidə istinad olaraq vermisiz: bax: burada. Brilyant Dadaşovanın şəxsi saytı çalışmadığından onu istinad olraq göstərmək münkün deyil ! Hörmətli istifadəçi Brilyant xanımın doğum tarixi haqqında istinad verilmişdir: bax: burada---1, 2, 3, 4, 5. Lütfən vandallıq etməkdən əl çəkin əks təqdirdə sizin üçün texniki məhdudlaşdırma aparılacaq. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 14:20, 2 sentyabr 2012 (UTC)

Brilliant Dadasova passport !!!

For: Babək Akifoğlu, Asparux Xan Bulqar:


  • Hörmətli Everest555 - bu orjinal sənədin skayn olunmuş versiyası deyil: qısa olaraq anlatmaq üçün qeyd-əgər siz məsələn mobil tel. nömrəsi satışı ilə məşğul olursunuzsa və məsələn mağazanıza nömrə almaq üçün nə vaxtsa Brilliant xanım gəlib və bu səbəbdən siz ondan şəxsiyyət vəsiqəsinin kopyasını almsızsa ondan istifadə üçün heç bir hüquqa sahib deyilsiz. Və mən əvvəldə qeyd etdiyim kimi yalnız orjinal sənədi skayn edib sübut olaraq göstərməli idiniz. Brilyant xanımın bəlkə inanmazsız ancaq həm Azərbaycan Respublikasının, həm də sonradan keçdiyi Türkiyə vətəndaşlığını təsdiq edən orjinal pasportu vaxti ilə bir məsələ ilə əlaqədar bir çox TV kanalda xüsusiylə ANS-də verilmişdi: Azərbaycan pasportunda doğum tarixi 1959-cu il, Türkiyə pasportunda 1965-ci il göstərilmiş, Türkiyə pasportunda adı Brilliant yox Pırlanta olaraq yazılmışdı. Bu səbəbdən yalnız orjinal sənədi göstərsəz iddianız keçərli qəbul edilə bilər: ancaq doğum tarixini gündə dəyişmək münkün deyil və o sənəd də 1959-cu ili göstərəcək.....--Asparux Xan Bulqar (talk) 09:39, 3 sentyabr 2012 (UTC)

Salam, göstərilən sənəddə doğum ili 1965 göstərilmişdir, hər halda buna əksinə olan faktlar da etibarlı mənbə şəklində möhkəmləndirilməlidir. --N KOzi FORVM 10:27, 3 sentyabr 2012 (UTC)

Y Doğum tarixi dəqiqləşdirildi. Brilliant xanımın doğum tarixi 15 sentyabr 1965-ci ildir. --►Şahdağlı Cekli 10:56, 3 sentyabr 2012 (UTC)
Hörmətli Cekli nəyin əsasında ?--Asparux Xan Bulqar (talk) 11:13, 3 sentyabr 2012 (UTC)
Hörmətli Cekli 2005-ci ilə aid hadisələri yada salın. Bu zaman Brilliant xanım Azərbaycan qanunlarına zidd olan iki vətəndaşlıq alaraq Türkiyə vətəndaşlığına keçmiş və Azərbaycandan qəfil Türkiyəyə köçmüşdü, daha sonra Daxili İşlər Nazirliyinin tələbi ilə qayıtmalı oldu. ANS-də bu haqda geniş reportajlar vardı: orada öz gözümlə görmüşəm Azərbaycan pasportunda 1959, Türkiyə pasportunda isə 1965 yazılmışdı doğum tarixi və Türkiyə pasportunda ad və soy adı dəyişmişdi. Yəni Türkiyə pasportu qeyri-qanuni yolla alınmışdı-düzəldilmişdi. Məsələ bursındadır ki əldə mənbə var və orada yazılıb ki doğum tarixi 1959-cu ildi.--Asparux Xan Bulqar (talk) 15:00, 4 sentyabr 2012 (UTC)
Etibarlı mənbədən mənə verilən məlumata görə, hazırda onun bütün rəsmi sənədlərində 1965 yazılıb. 2005-ci ildəki hadisəni isə məqalədə alt bölmə kimi göstərmək olar. Təəssüf ki, internetdə o barədə heç bir məlumata rast gəlmədim. --►Şahdağlı Cekli 03:04, 5 sentyabr 2012 (UTC)
Hörmətli Cekli, əgər yalnış məlumatlı deyiləmsə Azərbaycan qanunlarına əsasən ikili vətəndaşlıq qadağandır, və yenə qeyd edirəm o hadisələr haqqında məlumatı ANS-də arxivdə tapmaq olar, mətbuatda bu məsələ işıqlandırılmır, çünki məsələ böyükdür və siyasidir. Bu səbəbdən müzakirəni dayandırıram. Ancaq 100% deyə bilərəm ki, öz gözümlə TV-də gördüyüm buraxılışda (Xəbərçi proqramı) doğum günü 1959-cu ildir, 1965-ci il yazılan saxta idi (Türkiyə pasportu). Bunun əksini də təsdiqini də yalnız orjinal sənədi görməklə inanmaq olar. Ancaq mənim üçün bu məsələnin artıq önəmi yoxdur. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:31, 5 sentyabr 2012 (UTC)

Pasportdakı tarix yanlışdır, pasportun özü kimi. "Seçkilər" dövlət məlumat mərkəzinə əsasən, göstərilən ünvanda 1959-cu il təvəllüdlü Hacıyev Ədalət Qasım oğlu və 1989-cu il təvəllüdlü Hacıyev Cahad Ədalət oğlu ilə birlikdə yaşayan Dadaşova Brilyant Süleyman qızı 1959-cu il təvəllüdlüdür [1]. İnanmağım gəlmir ki, Bakının Səbayıl rayonunda (müğənni bir vaxt bu rayonu şəhər bələdiyyəsində təmsil edib) bütün üzvlərin adları, soyadları, atalarının adı və təvəllüdləri tamamilə eyni olan iki ailə yaşasın, ələlxüsus ona görə ki, sistemdə başqa Brilyant/Brilliant Süleyman qızı Dadaşova yoxdur. Dadaşovanın tanınmış şəxsiyyət olaraq görə bu məlumatı gizlətmək cəhdini bir insan kimi haradasa başa düşsəm də, Vikipediyadakı məlumatın qərəzsiz olduğu mənim və bütün Vikipediyaçılar üçün daha vacib olmalıdır. Parishan (talk) 19:54, 14 yanvar 2013 (UTC)

Özü 1965-ci ildə doğulduğunu deyir. İndi hansı daha etibarlı mənbədir? esc2003 (talk) 07:00, 16 yanvar 2013 (UTC)

Hesab edirəm ki, bu məqalədə təvəllüd probleminə birdəfəlik son qoymaq lazımdır. Çünki artıq Brilliant xanımın rəsmi saytında da (brilliantdadashova.com) onun təvəllüdü 1965-ci il göstərilib. --►Şahdağlı Cekli 12:34, 17 yanvar 2013 (UTC)

Dediyim kimi, bir qadının öz yaşını azaltması sosial baxımından normal bir şey hesab olunsa da, bu məlumat ensiklopedik baxımından qəbul olunmazdır. APA-nın məlumatına əsasən, Dadaşovanın Azərbaycan passportu məhz 1959-cu il tarixini göstərir. [2] Üstəlik, dövlət seçicilər siyahısında qeyd edilən təvəllüdlər Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrinə əsasən göstərilibdir və məhz bu şəkildə Mərkəzi seçkilər komitəsi tərəfindən qeydə alınıbdır. Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yazılmış tarix rəsmi saytdakı məlumat ilə ciddi olaraq təkzib oluna bilməz. Rəsmi saytdakı məlumat Dadaşovanın öz sözlərində əsaslanır. Amma onun sözləri rəsmi dövlət saytlarının məlumatı ilə üst-üstə gəlmir. Niyəsi də aydındır. Dadaşovanın öz yaşını azaltmaq arzusunun səbəbini başa düşmək olar, amma dövlətin onun yaşını çoxaltmaq arzusu məntiqəsığmazdır bir versiyadır. Parishan (talk) 17:57, 17 yanvar 2013 (UTC)
Bu məsələ ilə bağlı mənim fikirlərim Parishan-ın fikirləri ilə üst-üstə düşür. Fakt bundan ibarətdir ki, Brilliant xanım ikili vətəndaşlıq kimi Azərbaycan Respublikası ilə yanaşı Türkiyə Cümhuriyyətinin də vətəndaşlığını qəbul edib. Və Türkiyə vətəndaşı pasportunda doğum tarixi 1965 kimi göstərilib. Yəni öz yaşını Azərbaycan Respublikası pasportundakı ilə müqayisədə 6 il azaldıb. Amma öncə o Azərbaycan vətəndaşı olub və bu gün də vətəndaşıdır və orada doğum tarixi 1959 kimi göstərilib. Azərbaycandakı bütün sənədlərdə də bu tarix keçir. İndi sabah məsələn, Rusiya vətəndaşlığını da qəbul edə bilər və oradakı pasportunda 1975 yazdıra bilər. Onda biz neyləməliyik? Bu müğənninin yaşını azalda-azalda getməliyik? Məncə əsas yaşı kimi 1959 göstərilməlidir, amma məqalənin içində 1 cümlə ilə Türkiyə vətəndaşlığı və türk kimliyindəki təvəllüdü haqqında məlumat verə bilərik. --Sortilegus (talk) 19:53, 17 yanvar 2013 (UTC)

Məncə bu mövzunu hələlik bağlamaq lazımdır. Hazırda onun Azərbaycan Respublikası pasportunda da təvəllüdü 1965 göstərilib. MSK-nın saytındakı məlumatları isə mən düzgün hesab etmirəm. Oradakı məlumatlar əksər hallarda yanlış olur. Misalçün həmin saytda müğənninin adı da səhv yazılıb: Brilyant yox, Brilliant olmalı idi. --►Şahdağlı Cekli 05:07, 18 yanvar 2013 (UTC)

Mövzu niyə bağlanmalıdır? MSK "əksər halda yanlış" məlumatın göstərilməsi Dadaşovanın pasportunda təvəllüdü 1965 göstərilməsi iddiası kimi də sizin şəxsi fikrinizdir. Bu sübut olunmayıb. Müğənninin bu məsələyə bu cür reaksiyası da onun öz yaşı barədə şəxsi ifadələrinin qərəzli ola biləcəyin daha bir əlamətidir. Adının yazılışına gəldikdə, o, heç də səhv deyil - əslində adı elə də yazılır. "Brilliant" yazılışı sonradan bu adın beynəlxalq yazılışına uyğun bədii stilizasiyasıdır. Azərbaycan dilində belə yazılış qeyri-ənənəvidir. Məsələn, biz "million" yox, "milyon" yazırıq. Parishan (talk) 07:54, 18 yanvar 2013 (UTC)

Müzakirəyə son

Brilliant Dadaşovanın şəxsən müraciətinə əsasən mən redaktələri dəqiqləşdirirəm. Mən həmkarlarımla tam razıyam. Çünki mənbələrə istinad edilir. Lakin hansısa jurnalistin bir dəfə yazdığı yanlış informasiya da bəzən etibarlı mənbə ola bilməz. Belə davam edərsə Az Vikipediyadan məşhurlar narazı qalar və belə bir gözəl saytın az da olsa nüfuzuna xələl gələr. Onun təqdim etdiyi Şəxsiyyət vəsiqəsinin surətini burada müəyyən müddət qalmasını məsləhət bilirəm. -Araz Yaquboglu (talk) 14:36, 14 avqust 2013 (UTC)

Mən bunu müzakirəyə son hesab etmirəm. Əgər dövlət qurumlara (Daxili İşlər Nazirliyinə) istinad edən sarı press yox, adlı-sanlı kütləvi informasiya vasitəsinin məlumatı varsa və üstəlik ona aidiyyatı olmayan digər dövlət qurumu (Mərkəzi Seçki Komissiyası) tərəfindən təsdiq olunursa, gərək azı hər iki məlumat göstərilsin. Brilliant Dadaşovanın müəyyən səbəblərə görə bu məlumatların yalnız birinə üstünlük verdiyinə anlayış və hörmətlə yanaşsam da, xatırlatmalıyam ki, Vikipediya məqalələri yalnız və yalnız bitərəf və etibarlı mənbələr əsasında qurulur. Bunlar hamısı da yuxarıda göstərilibdir. Şəxsi müraciətlər redaktələrə heç bir təsir göstərməməlidir. Parishan (talk) 21:27, 16 avqust 2013 (UTC)
Mərkəzi Seçki Komissiyasına istinad etmək düzgün deyil. Çünki onların seçici siyahıları heç də hər zaman tam dəqiq deyil. Belə ki, qanunvericiliyə əsasən MSK tərəfindən seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi mütəmadi aparılır ki, bu da demək olar ki, bitməyən bir prosesdir... Şəxslər haqqında məqalələrdə istinad edilən əsas mənbə isə bilavasitə həmin şəxslə bağlı olan rəsmi saytıdır. Xoşbəxtlikdən Brilliant xanımın da belə bir saytı var: www.brilliantdadashova.com Ona görə də biz bilavasitə onun saytına istinad etməliyik. Müzakirəni başa çatdırmağı məqsədəuyğun hesab edirəm. --►Şahdağlı Cekli 15:00, 17 avqust 2013 (UTC)

Təkrar edirəm: dövlət qurumlarının bu siyahını qeyri-dəqiq tərtib etməsi sizin şəxsi fikrinizdir. Üstəlik, bu siyahıdan məlumat Daxili İşlər Nazirliyinin Brilliant Dadaşovanın pasport qalmaqalı ilə bağlı verdiyi hesabata da öz əksini tapır. Mən demirəm ki, sizin verdiyiniz məlumat yanlışdır (pasportu nəzərdə tuturam, şəxsi veb-saytın qərəzsizliyində şübhəm var), lakin bu qədər kontr-dəlil olduğu halda onu tamam məqalədən çıxarmaq düzgün deyil. Ona görə mənim versiyamda ikisi də göstərilir. Parishan (talk) 19:09, 17 avqust 2013 (UTC)

Salam istifadəçi Parishan bu nömrəyə zəng edib 055 784 70 49 mənimlə əlagə saxlıyardız. ciddi problem yaranıb, zəngivizi gözləyirəm. — Bu imzasız yazı 94.20.24.185 (m) tərəfindən əlavə edilib; 00:21, 18 avqust 2013 (UTC)

Əleykümə salam. Problem nə qədər ciddi olsa, ümidvaram ki, onu Vikipediya daxilində aparılan müzakirə nəticəsində həll etmək olar. Parishan (talk) 05:42, 18 avqust 2013 (UTC)

Müzakirəni əvvəldən axıra kimi oxudum. Parishanın məsələ ilə bağlı şəxsi marağının olduğu göz önündədir. Hər halda bu fəaliyyətin səbəbi də açıqlanmalıdı. Çünki əks halda həmin istifadəçinin redaktələrini qərəzli də hesab etmək olar. Haqqında məqalə yaradılan şəxsin Şəxsiyyət Vəsiqəsinin təsviri müzakirədə yerləşdirilib, rəsmi saytındakı tarixlə üst-üstə düşür və bu, birmənalı olaraq rəsmi saytdakı məlumatın dəqiqliyini sübut edir. Şəxsin rəsmi saytı bu halda əsas mənbə hesab olunmalı, digər qaynaqlardakı məlumatlar isə ikinci dərəcəli kimi dəyərləndirilməlidir. --sefer azeri 07:16, 19 avqust 2013 (UTC)

Salam istifadəçi sefer azeri .Сox sag olun.Bu nömrəyə zəng edib 055 784 70 49 . Men Brilliant Dadaşovanin teqdimatciyam, sizinle bu problemi hell elemek isteyerdim Zəngivizi gözləyirəm .

sefer azeri, mənim Vikipediya məqalələrinin keyfiyyətini artırmaqdan başqa heç bir marağım yoxdur. Bir Vikipediya istifadəçisi olaraq sizdən belə bir ifadə görmək ən azı qəribədir. Sizin sözünüzdən elə çıxır ki, mən bu kontr-dəlilləri özüm yaratmışam, halbuki hamısı üçüncü tərəf mənbələrdən götürülmüşdür. Ciddi kontr-arqument olmasaydı, mən heç bu müzakirəni açmazdım. Şəxsi sayt əsas mənbə hesab oluna bilməz, çünki sayt şəxsin öz istəyi ilə yaradılır və onu şəxsi baxımdan qənaət edən məlumatla doldurulur. Hər halda belə məlumat nə qədər dəqiq olsa, üçüncü tərəf mənbələrdən (dövlət qurumlarından) daha əsas sayıla bilməz. Parishan (talk) 20:02, 19 avqust 2013 (UTC)

Parishan, siz bu cur metinleri yazmaqla, taninmiw shexse, Briliant Dadawevaya narahatciligi yaradirsiz. Xanimin shexsiyyet vesigesinde dogum tarixi yazilib. bu shexsiyyet vesige, Briliant xanima olkemizde verilib. ele cixir ki, siz birinci novbede olkemize, hem de Briliant xanima hormetsizlikle yanawirsiz. xahish edirem yazdigiviza fikir verin. — Bu imzasız yazı 94.20.24.185 (m) tərəfindən əlavə edilib; 04:38, 20 avqust 2013 (UTC)

Mən ki, özümdən heç nə yazmamışam. Burada sadəcə faktlar müzakirə olunur. Xahiş edirəm, bu müzakirəni nə mənim, nə də Brilliant Dadaşovanın şəxsiyyətinə bağlamayın. Bura Vikipediyadır. Bütün pretenziyalar APA informasiya agentliyinə və bu məlumata istinad edən digər informasiya vasitələrinə yönəldilməlidir. Mən sadəcə oradan sitat gətirirəm. Parishan (talk) 07:22, 20 avqust 2013 (UTC)
Tez-tez "bura Vikipediyadır" deyə xatırlatmağa ehtiyac yoxdur, kiminsə buna şübhəsi olmadığını düşünürəm. İkincisi günlərdir davam edən müzakirənin uzanmasını da sizin fəaliyyətiniz təmin edir, APA yox. Çünki, mötəbər mənbə olmasına rəğmən siz faktın əksini iddia etməkdə davam edirsiniz və bu, sizin məsələ ilə birbaşa şəxsi marağınız olduğunu göstərir. --sefer azeri 11:07, 20 avqust 2013 (UTC)

Cekli829 , Araz Yaquboglu , Sefer azeri - komeyinize ve bu muzakirede destek olduguvuza gore cox sag olun. — Bu imzasız yazı 94.20.24.185 (m) tərəfindən əlavə edilib;

sefer azeri, mən buranın Vikipediya olduğunu dönə-dönə xatırlatmaq məcburiyyətindəyəm, çünki bir sıra istifadəçi, o cümlədən siz, bu müzakirəni mənim şəxsiyyətimə istiqamətləndirmək istəyirsiniz. Mən elə düşünürəm ki, mənim bu müzakirədə "şəxsi marağım olduğu" iddiaları kontr-dəlillərə qarşı gücsüzlükdən irəli gəlir, çünki sizin belə düşünməyinizə heç bir əsas yoxdur. Bu halda Vikipediyada bioqrafik məqalədə baş verən hər hansı müzakirəyə "şəxsi maraq" yarlığını yapışdırmaq olar. Bu isə müzakirə əsaslarına ziddir. Fikir verin ki, mən sizin variantınıza qarşı deyiləm: bir kompromiss olaraq əldə olan hər iki məlumatı göstərməyə razıyam. Siz isə bu müzakirəyə olduqca qeyri-produktiv yanaşırsınız: "ya mən dediyim olsun, ya heç nə". Müzakirənin sizin istədiyiniz şəkildə davam etməniz isə ümumiyyətlə Vikipediya qaydasının pozuntusudur. 1965-ci il haqda məlumat 1959-ci il haqda məlumatdan sonra əlavə olunmuşdu və əvvəl müzakirə olunmalıydı. Hər halda bu cür emosional redaktəniz mənim yox, sizin bu məqalədə şəxsi maraq güdməyinizin əlaməti kimi dəyərləndirə bilər. Parishan (talk) 18:44, 20 avqust 2013 (UTC)
Müğənninin saytı, bura yerləşdirilən (dəqiqliyini yoxlamaq imkanımız olmasa da) vətəndaşlıq vəsiqəsinin surəti və internetdəki bir sıra mənbələr əsas götürülərək şablondakı doğum tarixində "1965" qeyd olundu. Amma bir çox digər internet mənbələrindəki, özü də kifayət qədər etibarlı mənbələrdəki məlumatlar da nəzərə alınaraq 1 cümlə ilə bəzi mənbələrdə "1959" qeyd olunduğu yazıldı. Məncə ortaq məxrəcə gəlmək üçün bundan daha optimal variant tapmaq mümkün deyil. İdarəçimiz də düzgün addım ataraq səhifəni mühafizə altına alıb, bu redaktə müharibəsi səngiyəndən sonra mühafizə qaldırılacaq. --Sortilegus (talk) 09:53, 21 avqust 2013 (UTC)
MSK da Brilliant xanımın doğum tarixini öz siyahısında düzəltdi—1965, ancaq adın yazılışı yenə də Brilyant olaraq qalıb ! Belə bir bənzətmə: Ermənilər indiki Ermənistanda Nuhun dövründə məskunlaşdıqlarını yazırlar, ancaq hər kəs (hətta onların özləri belə) bilir ki, bu cəfəngiyyatdır !--Asparux Xan Bulqar (talk) 09:29, 18 sentyabr 2013 (UTC)

Plagiat

"Maç-maç, quc-quc" mahnısı Türk bəstəkarı və müğənnisi Oqtay Raqa tərəfindən oğurlanır " Bu bilgi yanlıştır. Ragga Oktay'ın reklam cıngılı Fransızca bir şarkının aranjmanı olan ve Uğur Akdora tarafından 1970'lerde söylenmiş olan "neler oluyor hayatta" şarkısının introsu ile büyük benzerlik gösteriyor. Eğer burada bir plagiat söz konusu ise bu da Brilliant Dadaşova tarafından yapılmış demektir, zira onun şarkısının ilgili kısmı 1970'lerde çıkmış olan bir şarkıdan alınmış gibi görünmektedir. --159.146.10.131 00:54, 3 noyabr 2021 (UTC)

"Brilliant Dadaşova" səhifəsinə qayıt.