Məhvi

Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (18301906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi.[1] Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, MəhabadSənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi.[2]

Məhvi
Doğum tarixi1830
Vəfat tarixi1906
Vəfat yeri
Fəaliyyətiyazıçı, şair

İstinadlar

Xarici keçidlər