Manuel Pelleqrini

Manuel Pelleqrini (16 sentyabr 1953, Santyaqo) — Çilili keçmiş futbolçu və baş məsqçi. Hal-hazırda Mançester Sitinin baş məşqçisidir.

Manuel Pelleqrini
isp. Manuel Pellegrini
Ümumi məlumatlar
Doğum tarixi16 sentyabr 1953(1953-09-16) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu185 sm
Çəkisi78 kq
Mövqeyimərkəz müdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbolçuluq karyerası

Futbolçu kimi karyerasının hamısını ölkəsinin Universidad de Çili komandasında keçirmiş öz klubuna 13 il ərzində xidmət etmişdir

Baş məşqçilik karyerası

Baş məşqçi kimi, əsasən, ArgentinaÇili klublarında işləmişdir. San Lorenzo klubu, Pelleqrini dövründə Argentinada ilk çempionluğunu əldə etmişdir.

Çili komandaları

Çilidə "el ingeniero" (mühəndis) ləqəbi ilə tanınan Pelleqrini baş məşqçilik karyerasına 1987-1988-ci illərdə ölkənin ən məşhur komandalarından biri olmağına baxmayaraq həmin il yaxşı oynamayan Universidad de Çili'də başladı. Palestino və O Higgins klublarını idarə etdikdən sonra Çilinin ən güclü klublarından biri olan Universidad Katolika'nın sükanı arxasına keçdi. O, Alberto Akosta və Nestor Qorosito kimi yaxşı futbolçulardan ibarət klubu 1993-94 və 1994-95-ci illərdə yalnız ikinci liqaya apara bildi.

Vilyarreal

Pelleqrini 1 iyul 2004-cü ildə La Liqa klublarından biri olan Vilyarreal ilə razılaşdı. Klubu ilə ilk sezonunda liqada üçüncü olaraq Çempionlar Liqasında iştirak etmiş, UEFA Kubokunda dörddə bir final oynamışdır. 2005/06-cı illərdə isə Çempionlar Liqasında uğurla çıxış edərək yarı finala qədər yüksəlmişdir. Növbəti illərdə liqada müvafiq olaraq beşinci və ikinci yer turmaqla uğurlarının təsadüfi olmadığını sübut etmişdir.

Real Madrid

1 iyun 2009-cu ildə Pelleqrini rəsmən Real Madridnin baş məşqçisi kimi mətbuata tanıdıldı. Beləlikə prezident Florentino Perezin ikinci dövründə çalışacağı ilk baş məşqçi Manuel Pelleqrini oldu. Lakin uğursuz keçən sezondan sonra 27 may 2010-cu ildə razılaşma qarşılıqlı olaraq pozulmuşdur.

Málaga

Çilili baş məşqçi 2010-cu ildə Malaqa klubuna gətirilmişdir. 2012/13-cü illərdə tarixində ilk dəfə olaraq Malaqa'nı UEFA Çempionlar Liqasında dörddə bir finala gətirmişdir. Buna baxmayaraq il sonunda komandadan gedəcəyini bildirmiş və 2013/14 sezonunun əvvəlində İngiltərə klubu Mançester Siti ilə razılaşmışdır.

Manchester City

O 14 iyun 2013-cü ildə Mançester Sitinin baş məşqçisi olmuşdur.

İstinadlar