Maranyan

Maranyan (port. Maranhão) — Braziliyanın şimal-şərqində yerləşən ştat. Qərbdə Para, cənubda Tokantins, şərqdən Piaui ştatı ilə əhatələnir. Şimal sahillərini Atlantik okeanın suları yuyur[2]. Ştatın inzibati mərkəzi San-Luis.

Maranyan
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]

6°11′ c. e. 45°36′ q. u.


Ölkə
İnzibati mərkəzSan-Luis[d]
Tarixi və coğrafiyası
Yaradılıb1889
Sahəsi
  • 331.983,2 km²
Hündürlük
134 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.000.229 nəf. (2017)[1]
Rəqəmsal identifikatorlar
ISO koduBR-MA
Rəsmi sayt
Maranyan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maranyan ştatının San-Markus körfəzi sahilində Alkantara konmodromu yerləşir.

Coğrafiya

Ştat ərazisi Braziliya alçaq dağlığının böyük hissədini əhatə edir. Ərazisinin böyük qismi savannadır. Sahil bölgəsində rütubətli ekvatorial meşələri yayılmışdır[3].

İqlimi olduqca rütubətlidir. İki mövsüm müşahidə edilir.

Dəniz limanları — San-Luis, İkatu.

Ştatın ən böyük çayı İtapikurudur.

Tarixi

Maranyan ərazisin ələ keçirilməsi məqsədi ilə edilən cəhd uğursuzluqla nəticələnmişdir. Belə ki, 1535-ci ildə gəmi sahindən bir qədər aralıda qəzaya uğramışdır.

Sonrakı dövrlərdə bölgəni tez-tez fransız piratlar ziyarət edirdilər. Onlar yerli hinduları inandırmağa çalışırdılar ki, onlar portuqal işğallarının qarşısını almaq məqsədi ilə onlara yardım edəcəklər. Ancaq 1615-ci ildə San-Luis körfəzi portuqalların əlinə keçmişdir. Bununla da frsnsızlar bölgəni tərk etməli olurlar.

1641-ci ildə bölgə hollandların hücumuna məruz qalır. Belə ki, onların hədəfi Pernambuku plantasiualarına hindu qulları toplamaq olmuşdur. Ancaq onlar bölgədə çox qala bilmirlər. Artıq 1644-cü ildə bölgəni tərk edirlər[4].

1838-ci ildə Maranyaş vilayətində baş vermiş güçlü üsyan amansızlıqla yatırılmışdır.

İnzibati bölgü

Ştat 5 mezoregiona və 21 mikroregiona bölünür. Ştatda 217 munisipalitet var.

İqtisadiyyat

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada pambıq, şəkər qamışı, kofekakao yetişdirilir.

Maranyanın Braziliyanın ən kadıb ştatlarınfan hesab edilməsinə baxmayaraq iqtisadi inkişaf yüksəkdir. Ştat əsrarəngiz təbiəti ilə seçildiyindən turistəri özünə cəlb edir[5][6]

Şəkillər

İstinadlar

Mənbə