Marqo Robbi

Avstraliyalı aktrisa

Marqo Elis Robbi (ing. Margot Elise Robbie; 2 iyul 1990, Delbi[d], Avstraliya) — avstraliyalı aktrisa və kinoprodüser.

Marqo Robbi
ing. Margot Robbie
Doğum adıMargot Elise Robbie
Doğum tarixi2 iyul 1990(1990-07-02) (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyətiaktrisa, kino aktrisası, model[d], film prodüseri, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri2007-ci ildən
Boyu1,7 m
Üzvlüyü
  • Kino Sənətləri və Elmləri Akademiyası[d] (2017–)[2]
IMDbID3053338
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Marqo Elis Robbi 2 iyul 1990-cı ildə Avstraliyanın Kvinslend ştatının Delbi şəhərində anadan olub. Onun atası şəkər qamışı maqnatı Duq Robbi, anası isə fizioterapevt Sarie Kesslerdir.[3][4][5] Onun üç qardaş-bacısı var.[6][7] Marqo beş yaşında olarkən valideynləri boşanıb.[8] O, və qardaş-bacıları anaları tərəfindən böyüdülüblər. Onlar atalarını tez-tez görə bilmirdilər. Marqo uşaqlığının çox hissəsini nənə və babasının fermasında keçirib.[9][10][11] Marqo şən uşaq idi, evdə tamaşalar etməyi xoşlayırdı.[12]

Anası onu sirk məktəbinə yazdırmışdı, o, trapesiyada çox yaxşı idi. O, səkkiz yaşında ikən bu istedadına görə sertifikatla mükafatlandırılmışdı.[13] Marqo Robbi Somerset Kollecində dram dərsləri almışdır.[14] Yeniyetmə ikən o, eyni anda üç iş görürdü. O, barmen işləyir, evləri təmizləyir və Subway restoranında işləyirdi.[15][16] Marqo məktəbi bitirdikdən və bir neçə reklam çarxında və müstəqil triller filmlərində çəkilərək təcrübə qazandıqdan sonra peşəkar karyera qurmaq üçün Melburna köçməyə qərar verir.[17]

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər