May İnqilabı

May İnqilabı (İspan: Revolucion de Mayo) -1810-cu ilin mayında Rio de la Plata vitse-krallığı dövründə Buenos-Ayresdə baş verən və Sisnerosun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan bir sıra siyasi və ictimai hadisələr. Bu tədbirləri Buenos Ayresin ispan əsilli, lakin tacın bölgədəki siyasətindən narazı olan aristokratları təşkil edirdi. Hadisələr çox zorakılığa və geniş qarşıdurmaya səbəb olmadı, lakin1816-cı il iyulun 9-da Argentinanın müstəqilliyinə gətirib çıxaran prosesin başlanğıcını göstərmək üçün Argentina tarixşünaslığına əsaslanaraq, rəsmi olaraq elan edilən inqilab termini onlara tətbiq olundu.

May İnqilabı
Tarix25 may 1810
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1810-cu il mayın 18-də Buenos-Ayresdə Sevilya Xuntasının devrildiyi və İspaniyanın fransızlar tərəfindən işğal edildiyi məlum oldu. Vitçe kral Baltasar Hidalqo de Sisnerosun legitimliyi sual altında idi. Mayın 22-də Buenos-Ayres Bələdiyyə Şurasının açıq iclası keçirildi və bu iclas mayın 23-də səhər saatlarında qərar verdi, bu qərara görə Sisneros istefa verməli və parlament yaratmaq üçün bütün səlahiyyətləri bələdiyyəyə verməli idi. Mayın 24-də Sisneros müvəqqəti prezident və qoşunların baş komandanı təyin edildi və bu, xalqın qəzəbinə səbəb oldu, bu isə Buenos-Ayresin mərkəzi meydanında etiraz aksiyaları və ordunun üsyanı ilə nəticələndi. Mayın 25-də naibin yekun istefası elan edildi və müvəqqəti hökumət orqanının — aşağıdakı tərkibdə olan Birinci Xuntanın yaradılması elan edildi:

Kornelio Saavedra — prezident.

Manuel Alberti.

Miqel de Askvenaqa.

Manuel Belqrano

Xuan Xose Kastelyo

Dominqo Mateu

Xuan Larreya.

Xuan Xose Paso — katib.

Mariano Moreno — katib.

Həmin gün əyalətə millət vəkillərinin göndərilməsi tələbi olan sirkulyar göndərildi. Kordova istisna olmaqla, Argentinanın tərkibinə daxil olan bütün şəhərlər May İnqilabını dəstəklədi. Birinci Xunta ölkənin digər əyalətlərindən olan deputatlarla birlikdə dekabrın 18-də Böyük Xunta — Rio de la Plata Birləşmiş Əyalətlərinin Parlamentini yaratdı.

İspan hökmranlığı mayın 25-də faktiki olaraq devrilsə də, siyasi məqsədlər üçün Birinci Xunta 1816-cı ilə qədər rəsmi olaraq müstəqilliyini elan etmədi.