McDonnell Douglas F-15E Strike Eagle

McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır.[3] F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir.

F-15E Strike Eagle
ABŞ Hərbi Hava Qüvvələrinin 494-cü döyüş eskadrilyasına məxsus F-15E
ABŞ Hərbi Hava Qüvvələrinin 494-cü döyüş eskadrilyasına məxsus F-15E
TipiÇoxməqsədli qırıcı
İstehsalçıABŞ McDonnell Douglas
Boeing Defense, Space & Security
İlk uçuş11 dekabr 1986
İstismara verilmə tarixi1988
Statusİstismarı davam edir
İstismarçılarABŞ Hərbi Hava Qüvvələri
İsrail Hərbi Hava Qüvvələri
İstehsal ili1985–davam edir
Buraxılış sayı420
Vahidinin qiymətiF-15E: 31.1 milyon dollar (1998)[1]
F-15K: 100 milyon dollar (2006)[2]
Baza modeliMcDonnell Douglas F-15 Eagle
VariantlarıBoeing F-15SE Silent Eagle
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.

İstifadəçilər

Taktiki-texniki xüsusiyyətləri

Ümumi parametrlər

  • Ekipaj: 2 nəfər (pilot və silah sistemləri üzrə zabit)
  • Uzunluğu: 19.43 m
  • Qanad genişliyi: 13.05 m
  • Hündürlüyü: 5.63 m
  • Boş çəki: 14300 kq
  • Maksimum qalxma ağırlığı: 36700 kq
  • Güc təminatçısı: 2 × Pratt & Whitney F100-PW-220 mühərrik

Uçuş keyfiyyəti

  • Maksimum sürət: 2.5+ max (3017 km/s)
  • Döyüş radiusu: 1270 km
  • Uçuş tavanı: 18200 m
  • Yüksəkliyə qalxma sürəti: 254+ m/s
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.93
  • Maksimum g-yüklənmə: +9 g

Həmçinin bax

İstinadlar

Xarici keçidlər