Minilliyin İnkişaf Məqsədləri

Minilliyin İnkişaf Məqsədləri — 193 BMT üzvü olan dövlət və ən azı 23 beynəlxalq təşkilatın 2015-ci ilədək əldə etməyi qəbul etdikləri səkkiz beynəlxalq inkişaf hədəfidir. Məqsədlər həddindən artıq yoxsulluğun azaldılması, uşaq ölümünün azaldılması, QİÇS kimi epidemiya xəstəlikləri ilə mübarizə və qlobal inkişaf əməkdaşlığının artırılmasıdır.

Tarixi

Arxa fon

2001-ci ildə, BMT-nin üzvü olan ölkələr, yoxsul millətlərə daha fəal yardım göstərməyin lazım olduğunu qəbul edərək əsas hədəfləri qəbul etdilər. MİM-lərin məqsədi dünyanın ən kasıb ölkələrində sosial və iqtisadi şəraiti yaxşılaşdırmaqla inkişafı sürətləndirməkdir[1].

Bu hədəflər daha əvvəlki beynəlxalq inkişaf hədəfləri üzərində qurulur və 2000-ci ildə keçirilən bütün dünya liderlərinin BMT-nin Minilliyin Bəyannaməsini qəbul etdiyi səkkiz hədəfi təqdim etdiyi Minilliyin Sammitində rəsmi olaraq təsis edilmişdir[2].

Məqsədləri

İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq

Sovet İttifaqının dağılmasından sonra müstəqilliyinin 20-ci ilində Azərbaycan yüksək inkişafa nail oldu. Dövlət, Ümumi Milli Gəlirin adambaşına hesabının 2002-ci ildəki 720 dollar göstəricisindən 2011-ci ildə 5, 290 dollara qalxaraq yuxarı orta gəlirli ölkələr sırasına qoşulması ilə fərqlənir.Azərbaycan sərvətlərin bölüşdürülməsini inkişaf etdirən yüksək inkişaf və siyasətlər və proqramlar nəticəsində 2000-ci illərdə yoxsulluğun əsaslı surətdə azaldılmasına nail oldu. Neft gəlirlərindən yararlanan Azərbaycan əhali üçün məvaciblərin və sosial köçürmələrin artırılması üçün, eləcə də iqtisadiyyatın modernizasiyasına yönəlmiş institusional islahatları genişləndirmək üçün genişhəcmli ictimai sektora aid sərmayə proqramları və bunu dəstəkləyəni siyasət həyata keçirməyə başladı[3].

Bu cəhdlər əsaslı artım və yoxsulluğun azalması ilə nəticələnmişdir. Bununla da, artım əhalinin əksər hissəsi üçün məvaciblərin və gəlirlərin yüksəlməsi ilə müşahidə olunmuşdur. Həm artım, həm də geniş ictimai transfert proqramları vasitəsilə sərvətlərin təkmilləşdirilmiş bölüşdürülməsi əhalinin əksər hissəsin rifahının yaxşılaşdırılması yolunda böyük rol oynamışdır.

Buna baxmayaraq, məşğulluq mənfəətləri ürəkaçan deyildi. Azərbaycanın adambaşına düşən ÜDM göstəricisinə korbohidrogen ixracatı vasitəsilə əldə olunur və bu göstərici işləyən insanların yalnız 7 %-ni əhatə etdiyi halda ixracatın 90 %-dən çoxunu əhatə edir. Bununla yanaşı, Azərbaycanın uzunmüddətli strategiyasının əsas məqsədi ölkəni daha səmərəli və innovasiyaya aparacaq iqtisadi diversifikasiya və məhsuldar iş yerlərinin açılması olmalıdır.Bu öz növbəsində kənd təsərrüfatında hər işçiyə düşən əlavə gəlirin, hər işləyən şəxsə düşən ÜDM-un və hər vətəndaşın əldə etdiyi həqiqi gəlirin (ÜMG) göstəriciləri ilə OECD göstəriciləri arasındakı fərqliliyi azaldacaqdır.

Ümumi ibtidai təhsilə nail olmaq

Azərbaycan demək olar ki, ümumi ibtidai və orta təhsilə nail olub və qeydiyyat əmsalı yoxsul və qeyri-yoxsul uşaqlar arasında təxminən bərabər səviyyədədir. Lakin, ibtidai məktəbəqədər və universitet səviyyələrində formal təhsil spektrinin nəticələrinə görə dövlət yuxarı orta-gəlir ölkə statusu göstəricilərinə görə geridə qalır.

Təmin olunan təhsilin keyfiyyətinə baxarkən iki göstəricini nəzərdən keçirmək lazımdır: Birinci olaraq riyaziyyat üzrə Azərbaycan tələbələrinin orta göstəricisi zəngin ölkələrin göstəricisinə bərabərdir və ikincisi: standarlaşmış testlərdə xüsusilə, riyaziyyat üzrə test göstəricilərində kasıb və varlı təbəqədən olan uşaqlar arasında cox az fərq vardır. Azərbaycan belə bir nailiyyəti ilə öyünən dövlətlərin sırasındadır.

Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək

zərbaycan təhsil sahəsində gender qeyri-bərabərliyinin aradan qaldırılmasında yüksək irəliləyiş əldə etsə də, yuxarı orta gəlirli ölkələr səviyyəsindən geridə qaldığı üçün qanunvericilikdə gender bərabərliyinin təmin edilməsinə davamlı diqqət tələb olunur[4].

Azərbaycan qadınlarının təhsil səviyyəsi yüksəkdir (99.5 faiz), lakin son illərdə qızların məktəbləri erkən tərk etməsi tendensiyası müşahidə olunmuşdur. Ümumilikdə, Azərbaycanda ali təhsil təhlükəsiz gələcək üçün önəmli şərt kimi sayılır və ali təhsil səviyyəsində gender fərqliliyi minimal səviyyədədir(2011-ci ildə 45.9% 54.1% qarşı). Lakin, doktorantura səviyyəsində qadın tələbələr cəmi 18 % təşkil edir.

Son on illikdə Azərbaycanda iqtisadi vəziyyət davamlı olaraq yaxşılaşır və yeni məşğulluq imkanları yaranmışdır. 2011-ci ildə qadınlar Azərbaycanda iqtisadi aktiv əhalinin 49.2 %-i təşkil etmişdir. Lakin, qadınlar hələ də iş yerlərində ç şaquli və üfüqi seqreqasiya (ayrı-seçkilik) ilə üzləşirlər. Qadınlar təhsil, sağlamlıq və sosial xidmətlər kimi “təbiətcə qadınlara aid olan” aşağı məvacibli işlərə cəlb olunurlar[5].

Gender müxtəlifliyinin kişilərlə müqayisədə qadınlara mənfi təsir göstərən sahələrindən biri də qanunvericilik prosesləridir. Bəzi müsbət hallar mövcud olsa da, qadınlar hələ də seçkili vəzifələrdə və yüksək qanunverici statuslu iş yerlərində az təmsil olunurlar. Misal üçün, qadınların Azərbaycan Milli Məclisindəki bölgüsü 11%-dən (2005-ci il) 16%-ə (2010-cü il) qədər genişlənmişdir.

Hökumətin icraedici orqanlarına gəldikdə, 39 nazir və dövlət komitə və agentliklərinin rəhbərlərindən cəmisi bir nəfəri qadındır. Nazir müavini səviyyəsində qadınlar yalnız 6% təmsil olunurlar.

Uşaq ölümü hallarını azaltmaq

Uşaq ölüm halları 2002-ci ildəki 63.3/1000 sağlam doğuş göstəricisindən 2011-ci ildə 44.7-yə düşməsi və körpə ölüm əmsalının (KÖƏ) 38.5/1000 sağlam doğuş (Dünya Bankı) göstəricisi təşkil etməsi ilə son zamanlar davamlı irəliləyiş əldə olunmuşdur. Bu irəliləyişə baxmayaraq, Azərbaycanın KÖƏ-si yuxarı orta-gəlirli ölkələrin orta göstəricisindən iki dəfə çoxdur. Hazırda işlədilən “sağlam doğuş” anlayışı başda olmaqla, eyni məlumatı hər dəfə verən statistika sisteminin zəif fəaliyyətini göstərən rəsmi statistika və müstəqil sorğular arasında fərq vardır. Bu uşaq ölümü hallarının real miqyası müəyyənləşmədikdə və müvafiq müdaxilələr təqdim olunmayanda çoxlu problemlər yaradır[6].

Doğuş zamanı ölüm halları tam ölüm hallarının yarısını təşkil edir. Bu uşaqların əksəriyyəti sağlam, lakin nəfəs almadan fərqli həyat simptomları ilə anadan olurlar və bu halda onlar sağlam doğuşla anadan olmuş sayılmır, eləcə də onlara sağ qalmaq üçün heç bir qayğı göstərilmir. Bunun səbəbləri ola bilsin ki, səhiyyə işçiləri arasında reanimasiya və doğuş zamanı qayğı bacarıqlarının, eləcə də yeni doğulanlara qayğı göstərmək üçün yetərli imkanların çatışmazlığı, cəzalanmadan qorxaraq çağa ölümlərini gizlətmək tendensiyası da daxildir.

Rəsmi statistikaya əsasən, ishal xəstəlikləri və şiddətli tənəffüs infeksiyaları körpə xəstəliyi və ölümün əsas səbəbləridir. Zəif qidalanma hər 10 körpədən birinin aşağı doğum çəkili və 5 yaşa qədər boy artımı zəif olan uşaqların 13%-nin pis qidalanma göstərici ilə uşaq ölümünün əsas səbəblərindən biridir. Körpələrdə zəif immunitet və xəstələnmə ilə müşahidə olunan vitamin A çatışmazlığı bu uşaqların 75 %-də müşahidə olunur. Anemiya geniş yayılmış və buna səbəb olan dəmir çatışmazlığı demək olar qadın və uşaqlar arasında bərabərdir.

Ana sağlamlığını yaxşılaşdırmaq

Azərbaycan ana ölümü səviyyəsinin azaldılmasında müsbət nəticələrə nail olunmuşdur. Dünya Bankının məlumatına görə, Azərbaycanda 2000-ci ildəki hər 100,000 doğum halından 65 ana ölümü göstəricisindən 2008-ci ildə təxminən yarıya qədər azalmış və 2010-cu ildə hər 100,000 nəfərə 43 ana ölümü göstərisicinə enmişdir. BMT / Dünya Bankının birgə araşdırmaları Azərbaycanın MİM-lər 5 üzrə orta irəliləyiş etməklə, 1990 və 2008-ci il arasında ana ölümü hallarında illik 2.9 % azalmasınıı göstərir.Əsas amillərdən biri də ixtisaslı kadr və zəruri avadanlıqla təmin olunmuş doğuşdan əvvəlki qayğı və doğuş ləvazimatlarına çıxışın olmasıdır. Ən son Demoqrafik və Səhiyyə sorğusuna əsasən doğum hallarının əksəriyyəti (89 %) təlim keçmiş səhiyyə işçilərinin nəzarəti altında və tibbi ləvazimatlarla təchiz olunur (78 %). Bu irəliləyişdən xəbər versə də, hələ də yuxarı orta gəlirli ölkələrin orta göstəricilərindən (97 %) aşağıdır[7].

Nəzarət ediləsi digər bir məsələ regional fərqliliklərdir- ölkənin bəzi hissələrində ev doğuşunun payı 40%-ə qədərdir.

Hökumət Əhalinin Reproduktiv Sağlamlığının Qorunması üzrə Milli Strategiya çərçivəsində reproduktiv sağlamlıq xidmətlərinin əhatə dairəsini genişləndirmək və keyfiyyətini artırmaq üçün öz cəhdlərini davam etdirir. Hökumət qoruyucu tədbirləri özündə əks etdirən Ana və Uşaq Sağlamlığı üzrə yeni proqrama təşəbbüs göstərməyi də planlaşdırır.

HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq

Azərbaycan 2003-cü ildən bəri mərkəzləşmiş İnsan İmmunçatışmazlığı Virusu (İİV) epidemiyası olan ölkə kimi tanınır. İİV göstəricisi 2004-cü ildən bəri kəskin şəkildə artmaqdadır. Bu epidemiya kişilərin qadınların sayının dörd misli qədər yoluxması ilə əsaslı şəkildə gender yönlüdür. Bu epidemiya, xüsusilə narkotik istifadəsi ilə daha da geniş yayılır: demək olar ki, İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının üçdə ikisi virusu bu yolla əldə ediblər. Eyni zamanda, 2004 və 2010-cu illər ərzində heteroseksual yolla virus ötürülmədə dörd dəfədən çox artım olunmuş, nəticədə İİV diaqnozlu narkotik istifadə edən kişilərin qadın seksual partyoru ilə əlaqəsi səbəbindən epidemiyanın feministləşməsi müşahidə olunur[8].

Azərbaycanda İİV epidemiyası ilə mübarizədə əhəmiyyətli dərəcədə irəliləyişə baxmayaraq, bu epidemiya ilə üzləşmə riski böyük olan insanlara virusdan qorunma, müalicə, qayğı və dəstəkləyici xidmətlər aşağı səviyyədədir və buna qarşı intensivləşmiş fəaliyyətə ehtiyac vardır. İİV-li insanlara qarşı Damğa vurma və ayrı-seçkilik kimi fəaliyyətlər üstünlük təşkil edir, eləcə də gec diaqnoz və bunun ardınca erkən ölümlə nəticələnən gec tibbi tədbirlərlə (bura xüsusilə İİV məsləhətləşmələri və test edilməsi addir) müşahidə edilir.İİV qoruyucu tədbirləri dövlət səhiyyə sisteminə inteqrasiya olunmamışdır və paytaxtda ixtisaslaşmış AİDS Mərkəzində cəmlənmişdir. Bunun nəticəsində səhiyyə işçiləri və peşəkarlar HİV-in səmərəli və elmi metodlarla qarşısının alınması və müalicəsindən əksər hallarda xəbərsiz olurlar.

Ətraf mühitin davamlılığını təmin etmək

Azərbaycan aparıcı beynəlxalq müqavilələrə üzvdür, əhəmiyyətli milli ekoloji qanunlar qəbul edib və qlobal ekoloji narahatlıqları Azərbaycanın milli siyasət və proqramlarında əks etdirmişdir.

Ölkə özünün biomüxtəliflik resurslarını qorumaqda əhəmiyyətli irəliləyiş əldə etmişdir – ölkənin ümumi sahəsindəki qorunan ərazilərin sayı hissə etibarilə 2000-ci ildəki 5% göstəricidən iki dəfə artaraq 2011-ci ildə 10.2%-a çatmışdır. Meşələrin bərpa olunması və meşələşdirmə tədbirləri 0.4% meşə ilə əhatə olunan ərazilərin artması ilə nəticələndi. 2002-ci il ilə müqayisədə 15% artımla 2010-cu ildə əhalinin 82%-i əhaliyə təkmilləşdirilmiş obyektlərə giriş əldə etdi və bu göstərici yuxarı-orta-gəlirli dövlətlərin orta göstəricilərindən yüksəkdir.

Azərbaycanın hələ də ciddi ekoloji çətinlikləri mövcuddur. İki fenomen: ölkə ərazisinin 43%-nin eroziyaya və 20%-nin şoranlaşmaya məruz qalması səhralaşmaya yol açır və kənd təssərrüfatında məhsuldarlığı azaldır.

İcməli suyun əldə edilməsi əsas narahatlıq doğuran məsələlərdən biridir. Kənd əhalisinin içməli su mənbələrinə çıxışı 2002-ci ilin 62% göstəricisindən 2010-cu ilin 71 % göstəricisinə qalxsa da, bu yuxari orta gəlirli ölkələrin orta göstəricilərindən hələ də aşağıdır. Azərbaycan kənd yerlərinin inkişafına xüsusi diqqət yetirməklə mövcud su təchizatı sistemlərini müasirləşdirmə fəaliyyətini davam etməlidir.

Azərbaycanın havaya buraxdığı karbon qazının (CO2) adambaşına düşən həcmi yuxarı orta gəlirli ölkələrin orta göstəriciləri ilə eynidir və buraxılan karbon qazının yarısı orta yüksək-gəlirli iqtisadiyyatların payına düşür. Ölkə global əhəmiyyətli istixana qazları yaradanlar sirasına daxil deyil, lakin son illərdə adambaşı CO2 qazının havaya buraxılmasında artım müşahidə olunur. Azərbaycan iqtisadiyyatının hidrokarbon istehsalından asılı olduğunu nəzərə alsaq, hökumət yaşıl iqtisadiyyata keçidin yeni yollarının tapmalıdır.

İnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək

Neft gəlirləri və sabit makro-iqtisadi siyasəti nəticəsində Azərbaycan inkişaf etmiş dünya ilə xarici yardım və borcların silinməsi üzərində qurulan asılılıq əlaqələrini qəbul etməyə heç də ehtiyac duymur. Azərbaycan hələ də Rəsmi İnkişaf Yardımı (RİY) alsa da, artıq dövlət öz ictimai xərclərini qarşılamaq üçün xarici yardıma ehtiyac duymur.

Hətta, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün donor ola biləcək imkanları vardır. Bundan əlavə, Azərbaycanda MİM 8-ə qarşı fəaliyyəti digər inkişaf etməkdə olan ölkələrin fəaliyyətindən konseptual olaraq fərqli şəkildədir.Azərbaycan qarşılıqlı olaraq yararlana biləcəyi inkişaf etmiş dünya ilə qarşılıqlı-aslılıq tərəfdaşlığına önəm verir. Azərbaycanın inkişaf etmiş dünyadan malların və xidmətlərin, kapital və əməyin azad axınından tam yararlanmaq şəraitinə ehtiyacı var ki, bu da qloballaşan dünyada müasir meyillər kimi ideal sayılır.

Azərbaycan özündə donorluq potensialını axtarır və bu tendensiya dövlətin təbii fəlakətləri aradan qaldırmaq üçün fondların səxavətli ianə verməsində və dünyanın bir neçə ölkəsində sülhməramlı qüvvələr saxlamasında, eləcə də beynəlxalq layihələrə ayrılan vəsaitlərin artırılmasında və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradılması haqqında son qərarda öz əksini tapmışdır. Alıcı və satıcı arasında bir tərəfli əlaqələrdənsə inkişaf etmiş dünya ilə həqiqi tərəfdaşlıq etməsi üçün Azərbaycan, eyni zamanda, ölkəni xarici dünyaya açaraq və bazar iqtisadiyyatına keçidi tamamlayaraq üzərinə götürdüyü sövdələşməni yerinə yetirməyə ehtiyacı var.

Azərbaycanın Avropa və Asiyanın yolayırıcında yerləşməsinin coğrafi müqayisəli üstünlük nümayişinin digər bir yolu dünya ölkələri ilə ticarət, sərmayə və səyahəti asanlaşdırmaq üçün bütün nəqliyyat infrastrukturunu təkmilləşdirməsidir.

İstinadlar

Xarici keçidlər