Mir

Mir (Kosmik Stansiyası)
Tapşırıq nişanı
Mir Insignia
Mir nişanı
Tapşırıq Məlumatları
Tapşırığın AdıMir
Qalxış19 fevral 1986
21:28:23 UTC
Baykonur, SSRİ
Tağşırığın
başa çatması
23 mart 2001
05:50:00 UTC
Ekipaj28 uzun müddətli heyət
Tapşırıqda4.594 gün
Orbitdə5.511 gün
Orbitdəki dövr sayısı89.067
Yerdən
ən uzaq
393 km
Yerə
ən yaxın
385 km
Period89,1 dəqiqə
Orbital meyl51,6 dərəcə
Qət etdiyi məsafə3.638.470.307 km
Orbitdəki çəkisi124.340 kq
Quruluşu
Mir
Mir Kosmik Stansiyası

Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi.

Tarixi

1996-cı ildə tamamlanmış halda Mir

Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi.

ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax. Beynəlxalq Kosmik Stansiyası). Bundan başqa, Challenger Kosmik Gəmisi Mir -in qalxşından bir aydanda daha qısa müddət əvvəl planlanmışdı. Daha sonrakı illərdə, "Soyuq müharibə" dövründən sonra, Shuttle-Mir proqramı ilə Rusiyaya aid olan Mir -in imkanları ilə Amerikanın kosmik gəmilərinin imkanları birləşdirilmiş, bir qrup Amerikalı və digər qərb ölkələrindən olan kosmonavtların stansiyanı ziyarət etmək və ya stansiyadakı uzun müddətli elmi-tədqiqat çalışmalarında iştirak etmələrinə dəstək vermişdir. Mir və ona bağlanmış kosmik gəmi 250 tonluq ağırlığı ilə kosmik tədqiqatlar tarixinin ən böyük orbital gəmisi ünvanın almışdır.

100 tonluq Mir-in içi, borular, kabellər və elmi — tədqiqat çihazlarından əlavə günlük həyat fəaliyyətinə aid əşyalarda vardır. İki qısa müddət xaricində, Mir 1999-cu il avqusta ayına qədər davamlı xidmətdə olmuşdur.

15 yaşındakı Rus kosmik stansiyasının səyahəti, 23 mart 2001-ci il tarixində, Fici yaxınlarında Sakit okeanın cənubuna düşməsi ilə sonlanmışdır. Son günlərinə qədər, bir çox sahibkarın, ehtimal ki ilk orbital televizya/film studiyası qurmaq üçün Miri almaq kimi planlar vardı. Ancaq stansiya daha da istifadə olunmağa yarasız idi və təhlükəsiz deyildi. Kosmik sahənin bir çox nümayəndəsi Mir -in ən azından bəzi hissələrinin istifadə oluna biləcəyini, bundan başqa orbitə material çıxartmağın yüksək xərcli olduğunu hesab edildikdə, Mir -in yox edilməsinin böyük bir fürsət itgisi olduğunu fikirləşirlər.

Sovet və Rus kosmonavtların başqa Mir beynəlxalq elm adamlarına və Amerikalı astronavtlara da ev sahibliyi etmişdir. 

Mir modulları

Mir Kosmik Stansiyası, – Kosmik məkik tərəfindən Mirə gətirilən birləşmə modulları xaricində – hər biri ayrı ayrı Proton Raketləri ilə orbitə göndərilən bir çox Mir modulunun orbitdə birləşməsi ilə əmələ gəlmişdir.

ModulQalxma tarixiQalxış vasitəsiKenetlenme tarihiÇəkiSoyuzMəqsəd
Nüvə19 fevral 1986Proton 8K82KBilinmir20,100 kqBilinmirYaşayış sahələri
Kvant-131 mart 1987Proton 8K82K~9 aprel 198710,000 kqTM-2Astronomiya
Kvant-226 noyabr 1989Proton 8K82K6 dekabr 198919,640 kqTM-8Yeni ve inkişaf etmiş yaşam dəstək modulları
Kristall31 May1990Proton 8K82K10 iyun 199019,640 kqTM-9Texnologiya, maddi emal, Geofizika və
Astrofizika 
laboratoriyaları
Spektr20 may 1995Proton 8K82K1 iyun 199519,640 kqTM-21ABŞ-Soveet Əməkdaşlıq proqramı çərçivəsində edilən təcrübələr
Birləşmə modulu12 noyabr 1995STS-74 Atlantis15 noyabr 19956,134 kqTM-22 Kosmik məkiyin birləşməsi üçün istifadə olundu.
Priroda23 aprel 1996Proton 8K82K26 aprel 199619,000 kqTM-23Uzaqdan qəbul etmə modulu

Adlar

Mir və Ay, Yerin ilk peyki, 1998

Elektromaqnit spetkr və x-şüaları əmilmələrini ölçərək Astrofizika tədqiqatlarının edilməsindən yola çıxılaraq bu ad verilmişdir. Kristall (Кристалл) "kristal" deməkdir. Bu modulun əsas çalışma sahəsi biyoloji kosmik şəraitdə maddi istehsal texnologiyaları olduğu üçün bu ad verilmişdir. Spektr (Спектр) "spetkr" deməkdir . Atmosfer qəbuledicilərinə görə bu ad verilmişdir. Priroda (Природа) "təbiət" deməkdir. Progress (Прогресс) "tərəqqi, irəliləyiş" deməkdir. Soyuz (Союз), "birlik, ittifaq" anlamındadır (Sovietskii Soyuz, Советский Союз = Sovet İttifaqı). Bundan başqa Soyuz modulu üç kiçik moduldan əmələ gələn bir birləşmə olduğundan bu adla anılır.

Səfərlər, kosmos yürüyüşləri və heyətlər

  • Mir səfərlərinin siyahısı
  • Mir kosmos yürüyüşləri siyahısı
  • Mirə gedən kosmik gəmilərin və heyətlərlərin siyahısı
  • Həmçinin baxın: Kosmos yürüyüşləri siyahısı

Həmçinin bax

  • Mir kosmik stansiya ziyarətşiləri
  • Orbital stansiya xidmət edən kosmik stansiyaların statistikaları üçün
  • Salyut
  • Skylab
  • Soyuz
  • Progress
  • Beynəlxalq kosmik stansiya
  • 11881 Mirstation asteroitine uzay istasyonunun adı verilmiştir.
  • Shuttle-Mir Programı

Kaynakça

Mənbə