Mirvari çayı deltası

Mirvari çayı deltası (çin. 珠江三角洲) — Çjuzsyan çayının aşağı axarında, estuaridə yerləşən delta. Delta erstuaridən şərqdə qərarlaşır. Delta çayın Cənubi Çin dənizinə töküldüyü hissədə meydana gəlir. 1970-ci illərdə Kommunist idealogiyalı Çinn iqtisadiyyatda liberaliszm xəttini götürür. Bunun nəticəsində delta ərazisində iri mərkəzlər təşkil olunur. Bölgə Çinin materik hissəsinin ən inkişaf etmiş bölgəsinə çevrilir. Çin hökumətinin planlarında Quançjounun sənaye potensialı ilə Honq Konqun iqtisadi gücünü artırmaq olur. Bu məqsədlə bölgəyə xarici investorları cəlb edir. Burada Lanlau və Honkonq kimi nisbətən iri adalar mmövcuddur. Ərazisi orta dağlıqdır.

Mirvari çayı deltası

Yerləşmə və demoqrafiya

Mirvari çayı deltası ərazisinə Quandun vilayətinin 9 prefekturası daxildir. Burada aşağıdakı şəhərlər yerləşir:Quançjou, Şençjen, Cunquan, Çjuxay, Çjunşan, Szyanmen və Çjanosin. Bura həmdə Çin Xalq Respublikasının xüsusi inzibati rayonlarından olan Makao və Honkonq yerləşir. Regionda 200-ci il məlumatına görə 40,8 mln insan yaşayır.

Coğrafi baxımdan Makao və Honkonq bu rehiona aid olmasa da, mədəni və iqrisadi baxımmdan bu regiona aiddir.

Çəhərərazi
km²
əhali
2008[1]
Quancjou7 43410 045 800
Şençjen1 9538 615 500
Honkonq1 1047 055 071
Dunquan2 4656 947 200
Foşan3 8485 923 300
Syazmen9 5414 126 400
Çjunşan1 8002 510 000
Çjuxay1 6881 454 400
Makao21552 000
Ümumi29 85447 229 671

Region iqtisadiyyatı

1979-cu ildən həyata keçililən islahatlardan sonra Mirvari çayı deltası bütün Çinin ən dinamik inkişaf edən regionlarından biridir. 1980-ci ildə regionda ÜDM 8 milyard dollar olduğu halda 2000-ci ildə bu rəqəm 89 milyarda çatmışdır. Bura yatlırılan investisiyanın 50 % çoxunu xarici investorlar bölgəyə gətirmişlər. Bura qolunlan investisiyanın 40 % Mirvari deltası regionuna qoyulur.

Mirvari deltasının quru sahəsi Çinin ümumi ərazisinin 0,4 %, ümumi əhalisinin 3,2 %, ÜDM isə 8,7 % təşkil edir.

Mirvari deltası dünyanın elektronika, oyuncaq, geyim və tekstil, plastik məmulatlar və digər məhsulların istehsalına görə yerlərdən birini tutur. Burada Çin iqtisadiyatının üç ticarət dövriyəsi zonalarından biri yerləşir.

Ətraf mühit

Mirvari çayı deltas olduqca pis vəziyyətdə olan ekologiyaya sahibdir. Burada təkcə onu demək olar ki, kanalizasiya sistemi burada əhalinin artması və sənaye müəsisilələrinin tez bir zamanda çoxalmasını izlətə bilmir. Deltanın böyük hissəsi zavodlardan qalxan tüstü ilə örtülü olur.

Suyunun ekoloji vəziyyəti Çin delfinlərinin populyasiyası üçün böyük təhlükə yaradır[2].

Dünya bankı 22 mart 2007-ci ildə Çin Xalq Respublikasına bu məsələlərin həlli üçün 96 mln $ ayırmışdır[3].

Həmçinin bax

  • Yansızı deltası

İstinadlar

Mənbə