Şençjen

Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir.[2]

Şəhər
Şencen
çin. 深圳市
22°33′ şm. e. 114°06′ ş. u.
Ölkə ÇXR
Əyalət[[Quandun]]
Daxili bölgüsü10 rayon
MerÇen Ruqui
Tarixi və coğrafiyası
Əsası qoyulub1979
İlk məlumat1410
Yaşayış məntəqəsi statuslu1979
Sahəsi1 994,16 km²
Mərkəzin hündürlüyü12 m
İqlimiSubtropik
Saat qurşağıUTC+8
Əhalisi
Əhalisi11 380 000[1] nəfər (2015)
Sıxlığı5 714 nəf./km²
Milli tərkibiçinlilər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+86 755
Poçt indeksi518000
Nəqliyyat kodu粤B
Digər
english.sz.gov.cn  (ing.)
Xəritəni göstər/gizlə
Şencen xəritədə
Şencen
Şencen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır.[3] 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir.[4] Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu.[5]

Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur.[6] Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur. Şəhərdə bir çox tanınmış transmilli şirkətlərin baş qərargahları yerləşir.[7] "Z/Yen Group" və Qətər Maliyyə Mərkəzi tərəfindən 2017-ci ildə nəşr olunmuş Qlobal Maliyyə Mərkəzləri İndeksi hesabatında Şencen 22-ci yerdə qərarlaşmışdır. Şəhər, həmçinin dünyanın ən işlək konteyner limanlarından biri hesab olunur.[8]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər