Mollabürhan

MolabürhanAzərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd.[1]

Mollabürhan
39°21′13″ şm. e. 46°40′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mollabürhan xəritədə
Mollabürhan
Mollabürhan

Tarixi

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Molabürhan kəndi mahalın bir hissəsi olmuşdur.[2] Kürdüstan qəzası ləğv edildikdən sonra Molabürhan Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[3]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[4] Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Etimologiyası

Oykonim molla (dini rütbə) və Biirhan (antr.) sözlərindən ibarət olub, “Molla Bürhanın kəndi, Molla Bürhana məxsus kənd” mənasındadır.[5]

Coğrafiyası

Mollabürhan kəndi Həkəri çayının sahilindədir.[5]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[6] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 82 evdə 393 şiə kürd yaşayırdı.[7]

İstinadlar

Xarici keçidlər