Nikolas Keyc

Nikolas Keyc (ing. Nicolas Cage; doğum adı Nikolas Kim Koppola (ing. Nicholas Kim Coppola[2]; d. 7 yanvar 1964, Lonq Biç, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, prodüser və rejissor, "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatı.

Nikolas Keyc
ing. Nicolas Cage
Keyc San Diego Comic-Con International-da (2011)
Keyc San Diego Comic-Con International-da (2011)
Doğum adıNikolas Kim Koppolla
Doğum tarixi (60 yaş)
Doğum yeriLonq Biç, Kaliforniya, ABŞ
VətəndaşlığıABŞ ABŞ
Partnyorları
Fəaliyyətiaktyor
Fəaliyyət illəri1981 — h.h.
Təhsili
Mükafatları"Oskar"» (1996)
"Qızıl Qlobus" (1996)
IMDbID0000115
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nikolas Keyc 7 yanvar 1964-cü ildə Kaliforniyanın Lonq-Biç şəhərində anadan olub. Valideynləri Oqyust və Coy Koppololar ona Nikolas Koppola adını veriblər, amma yeni karyeraya başlayan aktyor soyadını əmisi, məşhur rejissor Frensis Ford Koppolanın soyadı ilə qarışıq salınmaması üçün Keycə dəyişdirib. Bu yeni soyadın prototipləri komikslər qəhrəmanı Lyuk-Keyc və avanqard bəstəkar Con Keyc olub[3].

Karyerası

Əsas adı Nikolas Koppola olan və məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğlu olan Keyc, əmisinin "Rumble Fish"(1983) adlı filmində rol aldı. Eyni il aktyorun ulduzluğa yüksəldiyi "Valley Girl"də oynayan aktyor, yenə rejisorluğunu əmisi Kopplanın etdiyi və baş rolda Kathel Turnerin də iştirak etdiyi "Peggy Suya Got Married" adlı filmdə rol aldı. Təcrübəli performansları ilə seçilən qabliyyətli aktyor, Çer ilə birlikdə rol aldığı Norman Jevisonun "Moonstruck"(1987) filmində seçildi.

Bu filmdəki performansı ilə Coen qardaşlarının diqqətini çəkən Keyc, rejisorların "Raising Rizona" adlı filmdə çəkildi.

Filmoqrafiya

  1. "Kotton klubu" (1984)
  2. "Quşlu" (1984)
  3. "Xortdanın öpüşü" (1989)
  4. "Las-Veqası tərk edərkən" (1995)
  5. "Qaya" (1996)
  6. "Hava həbsxanası" (1997)
  7. "Simasız" (1998)
  8. "Mələklər şəhəri" (1998)
  9. "İlan gözləri" (1998)
  10. "8 millimetr" (1998)
  11. "60 saniyəyə qaçırmalı" (2000)
  12. "Kapitan Korellinin seçimi" (2001)
  13. Adaptasiya (film, 2002)
  14. "Millətin dəfinəsi" (2004)
  15. "Silah baronu" (2005)
  16. "Əkiz qüllələr" (2006)
  17. "Kabus yarışçı" (2007)
  18. "Peyğəmbər" (2007)
  19. "Millətin dəfinəsi: Sirrlər kitabı" (2007)
  20. "Təhlükəli Banqkok" (2008)
  21. "Pis leytenant" (2009)
  22. "Quduz it" (2010)
  23. "Rəqslər" (2010)
  24. Ac dovşan hücum edir (2011)
  25. Kabus yarışçı 2: İntiqam atəşi (2012)

İstinadlar

Xarici keçidlər