Nikolay Ostrovski

Sovet yazıçısı

Nikolay Alekseyeviç Ostrovski (rus. Никола́й Алексе́евич Остро́вский, 29.9.1904–22.12.1936) — Sovet yazıçısı.

Nikolay Ostrovski
ukr. Микола Олексійович Островський
Doğum tarixi16 (29) sentyabr 1904[1]
Doğum yeri
Vəfat tarixi22 dekabr 1936(1936-12-22)[2][1][…] (32 yaşında)
Vəfat yeri
Vəfat səbəbidağınıq skleroz
Dəfn yeri
Təhsili
  • Yakov Sverdlov adına Kommunist Universiteti[d]
Fəaliyyətiyazıçı
Fəaliyyət illəri1927-ci ildən
Əsərlərinin dilirus dili
Janrnəsr
Tanınmış əsəri
Mükafatları"Lenin" ordeni
Lenin komsomolu mükafatı
Vikimənbənin loqosu Nikolay Ostrovski Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Rovnovilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.

1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır.

1930-cu ilin payızında "Polad necə bərkidi" romanını yazmışdır. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik "Fırtınadan doğulmuşlar" romanı üzərində işləmişdir.

Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır.

Mükafatı

Lenin ordeni ilə təltif edilmişdir. 1935-ci ildə orden ona verilmişdir.

Xatirəsi

1928–1936-cı illərdə yaşadığı Soçidə, Moskvada və vətənində N.A.Ostrovskinin ev-muzeyi var.

1979-cu ildə Xmelnitski vilayətinin Şepetovka şəhərində Ostrovskinin şərəfinə xatirə komkompleksi yaradılmışdır.

İstinadlar

Xarici keçidlər