Nitsa FK

"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır.

Nitsa Futbol Klubu
Loqonun şəkli
Klubun tam adıfr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur
ÖlkəFransa Fransa
Ləqəb(lər)"Qartal balaları" (Les Aiglons), "Gimnastlar" (Le Gym)
Rəng(lər)qırmızı
Yaranma tarixi9 July 1904 (119 il əvvəl) (9 July 1904)
StadionuAlyans Rivyera, Nitsa
Tutumu35,624
PrezidentiFransa Jan-Pyer River
Baş məşqçisiİsveçrə Lyusyen Favre
LiqaLiqa 1
2016/2017III
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.

1950-ci ildə klubun uğurlu çıxışı zamanı, Nitsa uğurla öz sıralarına futbolçular inteqrasiya edən ilk Fransa klublarından idi. Klubun sıralarına Héctor De Bourgoing, Pancho González, Victor Nurenberg and Joaquín Valle kimi məşhur oyunçular daxildir. Joaquín Valle klubun sol cinahda ən aparıcı oyunçularından olmuşdur[1].

Nailiyyətləri

Millilər

  • Fransa çempionatı
    • Çempion (4): 1950/1951,1951/1952,1955/1956,1958/1959,
    • Gümüş mükafatçı (3): 1967/1968,1972/1973,1975/1976
  • Liqa 2
    • Qalib (4): 1947/48, 1964/65,1969/70,1993/94.
    • 2-ci yer (1): 1984/85.
  • Dvizion 3
    • Çempion (2): 1984/85, 1988/89.
  • Fransa kuboku
    • Sahibi (3): 1951/52, 1953/54, 1996/97.
    • Finalçı (1): 1977/78.
  • Fransa Superkuboku
    • Sahibi (1): 1970.
    • Finalçı (3): 1956, 1959, 1997.
  • Fransa liqa kuboku
    • Finalçı (1): 2005/06.

İstinadlar