Ocaqlı dazlıq

Saç tökülməsi

Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur.

Ocaqlı dazlıq
  • lat. Alopecia areata
Başında ocaqlı alopesiya olan xəstə
Başında ocaqlı alopesiya olan xəstə
XBT-10Şablon:ICD10 L
XBT-10-KML63, L63.9
XBT-9704.01
XBT-9-KM704.01[1][2]
OMIM104000
DiseasesDB430
MedlinePlus001450
eMedicinemed/11069931 
MeSHD000506
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etiopatogenez

Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır.[3]

Klinik əlamətlər

Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır. Buna universal alopesiya deyirlər. Xəstəlik istənilən yaşda meydana çıxır. Uşaqlarda saç tökülməsinin önəmli səbəblərindən birisi ocaqlı dazlıq xəstəliyidir.

Ofiazis adlanan ocaqlı alopesiya xəstəliyi ucabtından ənsədə saç tökülməsi problemi

Diaqnozu

Ocaqlı dazlı xəstəliyinin diaqnoz xəstə anamnezi və klinik müayinələr əsasında qoyulur. Lakin, ocaqlı dazlıq xəstəliyinə bənzər alopesiyalar çoxdur. Şüphəli olan təqdirdə histopatoloji, mikrobioloji, laborator testlərdən xəstələr keçirilir.

Müalicəsi

Ocaqlı alopesiya xəsətliyin müalicəsində kompleks yanaşma tələb edilir. Xəstəyə həm yerli, həm də sistemik müalicələr təyin edilə bilər. Xəstəliyin ağırlığından və pasientin yaşından asılı olaraq müalicə üsulları dəyişir. Ocaqlı dazlıq olan sahələrə səpgidaxili inyeksiyalar da tətbiq edilir.[4]

Profilaktikası

Psixoemosional stres yaradan faktorlardan uzaq durmaq tövsiyə edilir

İstinadlar

Xarici keçidlər