Oktyabrskoe (Priqorodnı rayonu)

Oktyabrskoe (oset. Октябрыхъæу[2], inquş Шолхи[3]) — Rusiya Federasiyası, Şimali Osetiyanın Priqorodnı rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Priqorodnı rayonunun və Oktyabrskoe kənd sovetliyinin mərkəzidir.

Oktyabrskoe
Октябрыхъæу, Карца
Шолхи
43°04′ şm. e. 44°44′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1859
İlk məlumat1770
Sahəsi
  • 67,24 km²
Mərkəzin hündürlüyü645 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.042 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi363130
Xəritəni göstər/gizlə
Oktyabrskoe xəritədə
Oktyabrskoe
Oktyabrskoe

Coğrafiya

Kənd Kambileyevka çayının hər iki sahilində, Vladiqafqazdan 70 km şimal-qərbdə yerləşir.

Tarixi

Müasir kənd XVIII əsrin ikinci yarısında qurulmuşdur. Bu zaman mərkəzi Anquşta olan Böyük İnguşdan kənarda mərkəzi Şolxi kəndi olan Kiçik İnquş bölgəsini fortmalaşmışdır.

1859-cu ildə keçmiş Şolxi kəndinin yerində, Kambileevskaya Sunja müdafiə xətti quruldu. Bu məntəqə 1867-ci ildə ləğv edildi və Tarski xutoruna çevrildi.

Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, 1922-ci ildə kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü.

1924-cü il 7 iyul tarixində keçmiş adı Şolxi ona qaytarıldı və kənd İnquş Muxtar Vilayətinə verildi (5 dekabr 1936-cı ildən Çeçen-İnQuş Muxtar Vilayəti).

23 fevral 1944-cü ildə çeçen və inquşların QazaxıstanOrta Asiya ərazisinə deportasiyası zamanı bölgə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına birləşdirilir və Şolxi kəndi Kartsa olaraq adlandırıldı

1965-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Kartsa kəndi Oktyabrskoe adlandırıldı[4].

1992-ci ilin noyabrında Osetin-İnquş münaqişəsi zamanı kəndə ciddi ziyan dəydi. 1993-cü ildən bəri kənd fəal şəkildə bərpa olunur.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

XalqSay,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
osetinlər9 11087,3 %
ruslar9739,3 %
ermənilər1081,0 %
gürcülər960,9 %
digərləri1491,4 %
ümumi10 436100 %

İqtisadiyyat

Oktyabrskoe rayonunda fəaliyyət göstərən böyük müəssisələr: Oktyabrski konserv zavodu və Oktyabrski qida fabriki[6][7]. Yerli «Alanxim» stadionunda «Avtodor» FK və «FAYUR Beslan» FK (2010-cu ildən) ev oyunlarını keçirir.

İnfrastruktur

Prigorodnı Rayon İdarəsi,

1 nömrəli orta məktəb,

2 nömrəli orta məktəb,

Uşaq musiqi məktəbi,

Uşaq İncəsənət Məktəbi,

Rayon Mədəniyyət Sarayı,

Rayon kitabxanası,

Rayon Xəstəxanası,

Prigorodnı rayonunun 1 nömrəli yanğınsöndürmə məntəqəsi,

Rayon Məhkəməsi,

Rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi.

İstinadlar