Orange

Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur.

Orange
Orange loqotipi
Orange loqotipi
Ümumi məlumatlar
TipiMobil rabitə operatoru
SənayeMobil rabitə,Telekomunikasiya
Məhsullarımobil telefon, IPTV, Broadband, İnternet xidmət provayderi
Təsis tarixi28 aprel 1994
Baş qərargahın yeriParis, Fransa Fransa
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 31.784.000.000 € (31 dekabr 2022)[1]
Ümumi aktivlər
  • 109.650.000.000 € (31 dekabr 2022)[1]
Ümumi gəliri39 milyard € (sentyabr 2009)
Xalis mənfəəti
  • 2.440.000.000 € (2023)[2]
Əməliyyat mənfəəti
  • 4.969.000.000 € (2023)[2]
Struktur
İşçi sayı
  • 132.002 nəf. (31 dekabr 2021)[3]
TərəfdaşlarOrange Armenia[d]
www.orange.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir.

Sektordakı yeri

Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər. (Xidmət keyfiyyətini artırma, qiymət qırma kimi.)

Fransada bu rəqabət Orange — SfR arasında gedir. Səbəbi 100% fransız kapitalı olan Orange ın, milliyyətçi fikirlərini sıx olaraq yaşayan fransızlara İngilis Vodafonenin SfR operatoru olaraq ön plana çıxarmaqdır.

30 oktyabr 2009 hesabatlarına görə şirkətin bazar dəyəri, 38,2 milyard avrodur.

Orange 113,784 milyon abonenti ilə dünyanın böyük telekommunikasiya şirketlerindendir. (30 iyun 2008-ci il tarixli Hesabat) Bazar payı 43,5 % ilə 24,326 milyon abonenti ilə də Fransanın ən böyüyüdür.

Beynəlxalq xidməti

ÖlkəOperatorQatılım FaiziAbonent SayıBazardakı PayıMövqe
FransaOrange100 %24,326 milyon43,6 %Birinci
Böyük BritaniyaOrange50 %32 milyon37 %İkinci
İspaniyaOrange99,85 %11,175 milyon22,1 %Üçüncü
ErmənistanOrange Armenia100 %-
AvstryaOrange35 %[4]2 milyon[5]18 %Üçüncü
BelçikaMobistar50,2 %3,359 milyon32,7 %İkinci
KamerunOrange99,5 %2,137 milyon42 %İkinci
Fildişi SahiliOrange85 %4 milyon42,5 %Birinci
MisirMobinil51,03 %[6]20 milyon51,9 %Birinci
İordaniyaOrange51 %1,514 milyon33,7 %İkinci
MadaqasqarOrange65,9 %1,3 milyon63,2 %Birinci
MaliOrange70,2 %2 milyon80 %Birinci
MauritiusOrange40 %552 00059 %Birinci
Moldova RespublikasıOrange94,3 %1,789 milyon[7]64,6 %Birinci
PolşaOrange0 % (TPSA 47,5 %)13,7 milyon30,5 %İkinci
PortuqaliyaOptimus38 %3,1 milyon19 %Üçüncü
RumıniyaOrange96,8 %9,813 milyon43,6 %Birinci
SlovakiyaOrange100 %2,864 milyon49,7 %Birinci
İsveçrəOrange100 %1,510 milyon18,7 %Üçüncü
KenyaOrange Kenya51 %600 0005 %Üçüncü
UgandaOrange Uganda Limited53 %
TunisOrange Tunisie49 %676.0008 %Üçüncü
Ekvatorial QvineyaOrange Guinée équatoriale

Xidməti (Orange Business Services)

Livebox, Flybox, Unik, İnternet Everywhere və Orange World məhsullarıyla xidmət göstərir.

Orange Business Services 1 iyun 2006 tarixindən etibarən, France Telecom qrupunun bütün təşkilati işlərini və xidmətlərini iş dünyasına təqdim etməkdədir. Bu həll və xidmətlər daha əvvəl Equant, France Telecom Intelmatique, Orange, Etrali, France Telecom, Almerys, SETIB, Expertel Consulting, EGT və Solicia firmaları tərəfindən təqdim olunmaqdaydı. Orange Business Services 166 qlobal nöqtədə yerləşdirilmiş şöbə və personallarıyla 220 ölkəyə xidmət göstərməkdədir.

Orange Mağazası

Mükafatları

Telemark qiymətləndirmələrinə və Müştəri Məmnuniyyəti indeksində görə;

Orange Business Services Müştəri Dəstəyi və Görüş sahəsində Ən Yaxşı Qlobal Operator (Best Global Operator for Customer Support and Meeting Requirements) olaraq qəbul edilməkdədir.

  • Bundan başqa Orange Business Services ən yüksək Sədaqət faizinə 64 % ilə çataraq rəqiblərini geridə qoymuşdur. Orange Business Services 3,15 % ilə ən aşağı məmnuniyyətsizlik fazizinə malikdir.
  • Müsahibə edilən 173 müştərilərdən 60 % qədəri Orange Business Services 'i başqalarına məsləhət verəcəklərini ifadə etmişlər, bu nisbət digər operatorlarınkından çox üstündədir.
  • Şəbəkə güvənirlik təmini mövzusunda Orange Business Services "Fövqəladə" deyə qeyd etmişdir,
  • Təhlükəsiz Məlumat Transferi ilə Güvənirlik mövzusunda iki ədəd Telemark "Gold Award" mükafatı daha qazanmışdır.

Orange Business Services eyni zamanda bir çox "Best class" mükafatı da alıb. Mükafatlar səkkiz meyara görə verilir.

İstinadlar