Aravanokimilər

(Osteoglossiformes səhifəsindən istiqamətləndirilmişdir)

Aravanokimilər (lat. Osteoglossiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Aravanokimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Dəstəüstü:
Osteoglossomorpha
Dəstə:
Aravanokimilər
Beynəlxalq elmi adı

Yura dövründən məlumdur. Uzunluğu 10–12 sm-dən 4,6 m-ədək, çəkisi 200 kq-adək (arapayma) olur. Bədəni uzunsov, üzəri sikloid pulcuqlarla örtülüdür, başında sümük lövhələr olur; bel və anus üzgəcləri çox aralıdır. Üzmə qovuğu açıq tiplidir, göz-gözdür, havanın oksigenini uda bilir; bəzi növlərində də oksigeni udan qəlsəməüstü orqan var. Vaxtaşırı oksigenin çatışmadığı ot basmış su hövzələrində yaşayır. 4 fəsiləsi, 9 cinsi və 14 növü məlumdur. Braziliya, tropik AfrikaAvstraliya, Sumarta və Borneo adalarının şirin sularında məskunlaşmışdır. Yırtıcıdır. Bir çox aravanokimilər qiymətli ov balıqlarıdır, bəziləri akvariumlarda yetişdirilir.[3]

Təsnifatı

İstinadlar

Həmçinin bax