Paraqvay çayı

Paraqvay çayı (isp. Río Paraguay, port. Rio Paraguai) — Parana çayının qollarından biri olaraq Cənubi Amerika materikinin cənub və mərkəzi hissəsində olan iri çaylardan biridir. Çay Braziliya ərazisindən başlayaraq Boliviya sərhəddinə yaxın axır, Paraqvayla Braziliya sərhədinin bir hissəsində keçir. Baiya-Neqra şəhəri yaxınlığında Parana çayına tökülür. Uzunluğu Braziluyanın Matu-Qrasu ştatı ərazisindən başlayaraq, Parana çayına birləşdiyi Argentinanın Korrentes şəhəri yaxınlığına qədər olan məsafədə 549 kilometrdir.

Paraqvay çayı
isp. Río Paraquay, port. Rio Paraguai
Ölkələr
Mənbəyi 
 • Yüksəkliyi200 m
MənsəbiParana çayı
 • Yüksəkliyi50 m
Uzunluğu2625 km
Su sərfi2,7 m³/s
Hövzəsinin sahəsi1.168.540 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay Paraqvay Respublikasını iki hissəyə bölür. Şimali Paraqvay, çayın qərb hissəsində yerləşərək Qran-Cako vilayətini ölkənin digər hissəsindən ayırır. Ölkənin bu hissəsi zəif məskunlaşılmışdır. Əksinə ölkənin cənubunda (çayın şərq hissəsində) əhalinin 98 % məskunlaşdır.

Etimalogiyası

Paraqvay hindu dilində olan sözdür. Bu dilin müxtəlif dialektlərində «Buynuzlu çay» mənasında işlədilir.[1]

Asunson yaxınlığından axan Paraqvay çayı

İstinadlar