Popay əməliyyatı

"Popay" əməliyyatı (ing. Operation Popeye) — 1967–1972-ci illərdə, Vyetnam müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən iqlim silahlarından istifadə əməliyyatı. Əməliyyatın adı cizgi film personajı olan Dənizçi Popayın adı ilə verilmişdir. Yüksək dərəcədə məxfi olan bu proqram çərçivəsində Şimali Vyetnam hərbçilərinin tədarükünü pozmaq, yol səthini yumşaltmaq və sürüşmələrə səbəb olmaq üçün Ho Şi Min cığırı boyunca yağışlar mövsümünü uzatmağa cəhd edilmişdir.

ABŞ-nin keçmiş müdafiə naziri Robert Maknamara beynəlxalq elmi ictimaiyyətin bu əməliyyata etiraz edə biləcəyindən xəbərdar idi, lakin o, prezidentə ünvanladığı memorandumda qeyd etmişdir ki, keçmişdə bu cür etirazlar ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun hesab edilən hərbi əməliyyatların qarşısını almaq üçün əsas olmamışdı.

Kimyəvi hava proqramı Taylanddan başlayaraq Kamboca, Laos və Vyetnam üzərində həyata keçirilmişdir. İddialara görə, əməliyyat o zamankı müdafiə naziri Melvin Leyrdin icazəsi olmadan dövlət katibi Henri KissincerMərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Leyrd Konqres qarşısında hava dəyişikliyi proqramının taktiki silah kimi istifadə məqsədilə mövcudluğunu şiddətlə təkzib etmişdi.[1]

Zəmin

"Rainmaking in SEASIA" başlıqlı hesabatda Kaliforniyada yerləşən Çayna-Leyk Hərbi Hava Qüvvələri bazasında hazırlanmış və Okinava, Quam, Filippin, TexasFloridada sınaqdan keçirilmiş proqramda təyyarələr tərəfindən qurşuni yodid və gümüş yodiddən istifadəni təsvir edir. Bu səy "Stormfyuri" layihəsi adlı qasırğanın öyrənilməsi proqramının bir hissəsi idi.[2][3]

"Popay" əməliyyatının məqsədi Ho Şi Min cığırında yerləşən və Şimali Vyetnam hərbçilərinin, hərbi təchizat maşınlarının istifadə etdiyi yolları kəsmək üçün xüsusilə seçilmiş ərazilərdə yağış səviyyəsini artırmaq idi. Əməliyyat çərçivəsində aşağıdakılar nəzərdə tutulurdu:[4]

  • Yolların yumşaldılması;
  • Yollarda sürüşmələrə səbəb olmaq;
  • Çay keçidlərinin yuyulması;
  • Normal müddətdən artıq doymuş torpaq şəraitinin saxlanılması.

Əməliyyatın məqsədi hər yağışlı mövsümdə yağışlı günlərin sayını təxminən 30–45 gün artırmaq idi.[5]

İstinadlar

Əlavə ədəbiyyat

  • Weather Modification Hearing, United States Senate Subcommittee on Oceans and International Environment of the Committee on Foreign Relations, March 20, 1974
  • Keefer, Edward C. Foreign Relations of the United States 1964-1968 Volume XXVII Laos United States Government Printing Office, 1998.

Xarici keçidlər