Portal:Cənubi Koreya/Seçilmiş məqalə

Koreya dili — koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir.

Bəzi mənbələrdə Altay dillərilə, digər mənbələrdə isə tunqus-mancuriya dilləri ilə genetik qohumluğu fərz edilir. Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və, nəhayət, Çedcudo adasında işlənən dialekt.Tarixən yazısı 1446-cı ildən bu yana məlumdur. Çin yazı sisteminə əsaslanan Han qul-yazısıdır. Koreya dilinin fonoloji sistemi 40 fonemdən ibarətdir. Bunlardan 19-u samit, 21-i isə sait fonemlərdir. Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur.(Davamı...)