Portal:Videooyunlar

Redaktə 
XOŞ GƏLMİSİNİZ!
Legend of GrimrockStratagusSolitaireS. T. A. L. K. E. R.- Call of Pripyat

Videooyun və ya kompüter oyunutelevizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.

Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbukstolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir

Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.

2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiyasmartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.

Redaktə 
Seçilmiş məqalə

God of War (azərb. "Müharibə Tanrısı"‎) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan video oyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur.

Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır. 2010-cu ilin mart ayının 18-də Avropa, AvstraliyaYaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir.

...Arxiv
Redaktə 
Seçilmiş şəkil
Şigeru Miyamoto 2007-ci ildə keçirilən Oyun İstehsalçıları Konfransı tədbirində.
Daha çox...
Redaktə 
Seçilmiş personaj
{{{caption}}}

Doqmit (ing. Dogmeat) və ya itpostapokaliptik mövzulu rol video oyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) video oyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa video oyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) video oyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də video oyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.

Redaktə 
Bilirsinizmi...
  • ... "The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king" video oyununun ən uzun başlığa sahib video oyun olaraq Ginnesin Rekordlar Kitabına daxil olduğunu?
  • ... "Bayonetta" video oyununun istehsal komandasının adı – "Kiçik mələklər komandası" (ing. Team Little Angels) "Devil May Cry" video oyununun istehsal komandası – "Kiçik iblislər komandası"na (ing. Team Little Devils) bir istinaddır.
  • ... bəstəkar Hiroki Kikuta (şəkildə) baxmayaraq ki, iyirmidən çox video oyunun musiqisini bəstələyib, əslində musiqi üzrə formal bir təhsil almadığını?
  • ... 2007-ci ildə "Hitman" seriyası əsasında bir filmin çəkildiyini və filmdə Agent 47 personajını Timoti Olifantın canlandırdığını?
Redaktə 
Seçilmiş məzmun
Redaktə 
Kateqoriyalar
Redaktə 
Əlaqəli portallar
PlayStationXboxNintendoPokemonSonikMario
Redaktə 
Vikimedia
Vikisitatda video oyunlar    Vikikitabda video oyunlar    Vikimənbədə video oyunlar    Vikilüğətdə video oyunlar    Vikianbarda video oyunlar
SitatlarKitabçalar & MətnlərMətnlərİzahlarŞəkillər & Media

Serverin keşini təmizlə