Qərb düzənlik qorillası

Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv

Qərb düzənlik qorillası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qərb düzənlik qorillası
Beynəlxalq elmi adı

Yayılması

Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial QvineyaQabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur.

Təsviri

Erkək qorillanın kəlləsi

Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar[2].

Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir. Bir gün ərzində 0,3–1,8 km yol qət edirlər. Qruplar 1 erkək, 5–7 dişidən və onların balalarından ibarət olur.

Çütləşmə dönəmi 9–10 ilində baş tutur. Dişi beş ildə bir bala doğur[3].

Qurunma statusu

1980-ci illərdə Ekvatorial Afrikada 100 000 baş[4] qorilla yaşayırdı. Harırda isə sayları 50 000 başa qədər azalmışdır. 2006–2007-ci illər araşdırması göstərir ki, Konqo Respublikası ərazisində yerləşən Tele gölü ətrafında 100 000 qərb qorillası yaşayır. Onların ümumi sayı 150 000–200 000 baş olması ehtimal edilir. Bunla belə brakonerlik, meşələrin qırılması oların sayına təsir göstərir.

Dünya zooparklarında bu yarımnnövə aid 550 baş qorilla saxlanılır.

İstinadlar

Xarici keçidlər