Qriqori Qaqarin

Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810[1], Sankt-Peterburq[3][4]18 (30) yanvar 1893[2][1], Şatelro[d][3]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir.

Qriqori Qaqarin
Doğum tarixi29 aprel (11 may) 1810[1]
Doğum yeri
Vəfat tarixi18 (30) yanvar 1893[2][1] (82 yaşında)
Vəfat yeri
Fəaliyyətidiplomat, ikonoqraf[d], rəssam, yazıçı, memar, hərbi qulluqçu, zabit, qrafika ustası[d], sənətşünas, məmur
MükafatlarıKnight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni imperator taclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri

İstinadlar

Mənbə