Qum adam (teleserial, 2022)

Qum adam (ing. The Sandman) — 1989-1996-cı illərdə Nil Qeyman tərəfindən yazılmış və DC Comics tərəfindən nəşr edilmiş "The Sandman" komiksi əsasında fentezi dram janrında çəkilmiş ABŞ teleserialıdır. Serial Nil Qeyman, Devid Qoyer və Alan Heynberq tərəfindən strim-servis Netflix üçün yaradılmış, DC Entertainment və Warner Bros. Television Studios tərəfindən istehsal edilmişdir. "The Sandman" komiks seriyası kimi teleserial da "Qum adam" adlandırılan Morfey/Yuxunun macəralarından bəhs edir. Serialda Tom Starric əsas personaj olan Yuxunu, Boyd Holbruk, Vivyenn Açeamponq, Cenna Koulman və digərləri isə ikinci plan personajlarını canlandırırlar.

Qum adam
The Sandman
JanrFentezi dram
Fövqəltəbii qorxu
Superqəhrəman[1][2][3]
ƏsaslanırNil Qeyman
Sem Keyt
Mayk Drinqenberq
tərəfindən yazılmış The Sandman qrafik novellası
YaradıcısıNil Qeyman
Devid Qoyer
Alan Heynberq
RollardaTom Starridc
Boyd Holbruk
Vivyenn Açeamponq
Cenna Koulman
Devid Tyulis
Qvendolin Kristi
ŞüarDream the world anew
BəstəkarDevid Bakli
İstehsalçı ölkəABŞ ABŞ
İl2022
StudiyaBöyük Britaniya Birləşmiş Krallıq
Dilİngiliscə
İlk çıxış tarixi5 avqust 2022
Rəngrəngli
Mövsüm sayı1
Seriya sayı10
Seriya vaxtı37-54 dəqiqə
Davametmə müddəti2022
TelekanalNetflix
IMDbID1751634
thesandman.com

"The Sandman" kitab seriyasının filmə uyğunlaşdırılması cəhdlərinə 1991-ci ildə başlanılmış və uzun illər ərzində layinə inkişaf cəhənnəmində qalmışdır. 2013-cü ildə Qoyer layihənin teleserial uyğunlaşdırılması ideyasını Warner Bros.-a təqdim etmişdir. Bundan sonra Qoyer və Qeyman Cozef Qordon-Levittin baş rolu canlandıracağı və böyük ehtimalla həm də rejissorluq edəcəyi film layihəsi üzərində çalışmağa başlayırlar. Lakin, 2016-cı ildə yaradıcı heyətlə fikir ayrılıqlarına görə Levitt layihəni tərk edir. Film layihəsinin uzanmasından sonra Warner Bros. fikrini televiziya layihəsi üzərində cəmləşdirir. 2019-cu ilin iyununda Netflix ilə serial istehsalı üçün müqavilə bağlanılır, 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna kimi isə birinci mövsümün əsas çəkilişləri həyata keçirilir.

5 avqust 2022-ci ildə Netflix-də "Qum adam" teleserialının premyerası baş tutmuşdur. Serial ümumilikdə tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, aktyor seçimi, quruluşçu rejissor işi, kostyum dizaynı, vizual effektlər, mənbə materialının düzgün izlənməsi və aktyor ifaları - xüsusilə Tom Starric və Devid Tyulisin performansı yüksək qiymətləndirilmişdir. Bəzi tənqidçilər serialın ümumi tempi və süjetini tənqid etmişlər.

Sinopsis

Yuxunun şəsxi təcəssümü və yeddi Ölümsüzdən biri olan Yuxu 1916-cı ildə keçirilən okkult ritual zamanı həbs edilir. 106 illik həbsdən sonra azad olan Yuxu öz dünyasına qayıdaraq Yuxulama krallığını bərpa etməyə başlayır.[4]

Rollarda

Əsas rollar

  • Tom Starridc - Yuxu/Morfey, yuxuqarabasmanın şəxsi təcəssümü, Yuxulama krallığının hökmdarı.[5][6]
    • "Dream of a Thousand Cats" adlı seriya hissəsində Starridc həm də qara pişiyi səsləndirmişdir.
  • Boyd Holbruk - Korinfli, Yuxulamadan qaçmış qarabasma.[5]
  • Vivyenn Açeamponq - Lüsyen, Yuxulamanın kitabxanaçısı, Yuxu olmadığı zaman onu əvəz edir.[6][5]
  • Petton Osvalt - Morfeyin qarğası Metyunu səsləndirmişdir.[7][8]

İkinci plan rollar

  • Devid Tyulis - Con Di, Kripps və Bördcesin oğlu, onun həqiqəti tapmaq cəhdi dünyanı təhlükə qarşısında qoyur. Geyman bu personajı təsvir edərkən qeyd edir ki, o, "sizin qəlbinizi qırsa da, ona qarşı rəğbətiniz azalmaz, sizi ən qaranlıq dərinliyə apara bilər."[7][8]
  • Cenna Koulman - Coanna Konstantin, okkult detektiv. Koulman personajın iki versiyasını canlandırır: onlardan biri bizim günümüzdə yaşayır və Con Konstantinin nəslindən gəlir, digəri isə XVIII əsrdə yaşamış Ledi Coanna Konstantindir.[7][8][9]
  • Qvendolin Kristi - Lüsifer Morninqstar, Cəhənnəmin hökmdarı. Personajın bu serialdakı təsviri, onun "Lüsifer" serialındakı təsvirindən daha çox komikslərə uyğundur. Nil Geyman qeyd edir ki, Tom Ellis tərəfindən canlandırılmış və izləyicilər tərəfindən qəbul edilmiş Lüsiferin dəyişdirilərək "Qum adam"a uyğunlaşdırılması olduqca mürəkkəb bir proses idi.[5][10]
  • Kirbi Hauel-Baptist - Ölüm, the ölümün şəxsi təcəssümü, Yuxunun ən xeyirxah və müdrik bacısıdır. .[7][8]
  • Ferdinand Kinqsli - Hob Geydlinq, Yuxunun yüz illərlə yaşayan dostu[11]
  • Sandra Ceyms Yanq - Yuniti Kinkeyd, Rouzun nənəsi və himayədarı, yüzillik yuxudan ayıldıqdan sonra qoca dövründə həyatını yaşayır.[7][8]
  • Kyo Ra - Rouz Uolker, qardaşını axtaran gənc qız. Onun itkin düşmüş qardaşı Korinflinin hədəfinə çevrilir.[7][8][12]
  • Rezeyn Camal - Lita Holl, Rouzun dostu və həyat yoldaşına matəm saxlayan dul qadın.[7][8]
  • Melissanti Mahut - Kalliopa, Homerin muzası və Yuxu/Morfeyin keçmiş həyat yoldaşı.
  • Artur Darvill - Riçard "Rik" Medok, yazıçı, Kalliopanın iradəsinə qarşı onu əsir saxlayır.

Təkrarlanan rollar

  • Coeli Rİçardson - Etel Di (qızlıq soyadı Kripps) / Madam Dode, Bördcesin xanımı və Con Dinin anası.[7][8]
  • Niam Uolş - gənc Etel Kripps.[7]
  • Nina Veyldya - Tale Ana
  • Suad Faris - Tale Qarı
  • Dinita Qohil - Tale Qız
  • Canni Kalçetti - Ölüm Stolkeri, seriya qatili.
  • Asim Çaudri - Abel, Bibliya personajı Abel əsasında yaradılmış Yuxulama sakini.[5][6]
  • Sanciv Bhaskar - Kain, Bibliya personajı Kain əsasında yaradılmış Yuxulama sakini.[5][6]
  • Meyson Aleksandr Park - İstək, istəyin şəxsi təcəssümü və Morfeyin əkizi.[7][8]
  • Kessi Kler - Mazikeen, Lüsifer Morninqstarın sadiq köməkçisi.
  • Con Kameron Mitçell - Hel Karter, Rouzun dostu. Hel həm də kabare ifaçısı draq-kuin kimi çıxış edir.
  • Stiven Fray - Skripkaçının çəmənliyi, müəmmalı centlmen, Rouzun təhlükəsizliyini təmin edir.[7][8]
  • Mark Hemill - Balqabaqbaş Mervini səsləndirmişdir, baş yerində Cek fənəri olan xadimə.[13]
  • Donna Preston - Çarəsizlik, çarəsizliyin şəxsi təcəssümü, Morfeyin bacısı, İstəyin əkizi.[7][8]
  • Lloyd Everitt - Hektor Holl, Litanın vəfat etmiş həyat yoldaşı, ruh kimi Yuxulamada gizlənir.
  • Eddi Karanya - Ced Uolker, Rouzun balaca qardaşı.
  • Endi Oşo - Miranda Uolker, Unitinin böyük qızı, Ced və Rouzun anası.
    • Oşo həm də Yuxulamadan qaçmış qarabasma Qoltu canlandırır.
      • Enn Ogbomo - Qoltun əsl simasını canlandırır.
  • Kara Horqan və Deyzi Bedcer - Şantal və Zelda, Helin qonaqları.
  • Lili Travers və Riçard Fleşmen - Barbi və Ken, Helin qonaqları.
  • Sem Heyzeldin və Liza O'Hara - Barnabi və Klaris, Cedin ögey valideynləri.
  • Kerri Şeyl, Denni Kirreyn və Cill Uinternitz - Nimrud, Şənlik dünyası və Yaxşı Həkim, seriya qatillər triosu.
  • Lenni Henri - Martin Tinbonsu səsləndirmişdir, Barbinin yuxularında peyda olan itə bənzər sehrli varlıqdır.[14]

Qonaq aktyorlar

  • Bill Peterson - Dr. Con Hetvey
  • Lori Kinston - Aleks Börces, Roderik Börcesin oğlu
    • Bencamin Evan Eynsuort - ygənc Aleks Börces
    • Benedikt Bliti - yaşlı Aleks Börces
  • Çarlz Dens - Ser Roderik Börces / Maq, əsilzadə okkultist.[5]
  • Mera Syal - Erika, şeytanqovma əməliyyatında kömək etməsi üçün Coanna Konstantini axtaran "Rik Vik" ləqəbli vikari.
  • Kleyr Hiqqins - Dəlisov Papaqçı, 280 yaşlı cadugər qadın, Coanna Konstantinin məsləhətçisi.
  • Sara Nils - Rouzmari, yaxşı Samaritanlı qadın, rubinini tapmaq üçün Cona kömək edir.
  • Martin Ford - Skvatterbload, demon
  • Munya Çavava - Koronzon, Cəhənnəmin ağası olan demon.
  • Deborh Oyelade - Nada, Morfeylə romantik əlaqəsi olan ibtidai dövrdə yaşamış Afrika kraliçası.
  • Ernst Kinqsli - Jnr as Kai'ckul, Yuxunun Nadanın gözünə görünən siması.
  • Sem Strayk - Todd
  • Emma Dunkan - Bett Manro, ofisiant, Con Dinin qurbanlarından biri.
  • Stiven Brend - Marş Yanovski, nahar iştirakçısı, Con Dinin qurbanlarından biri.
  • Lori Devidson - Mark Bruer, nahar iştirakçısı, Con Dinin qurbanlarından biri.
  • Deyzi Hed - Cudi, a diner guest and one of John Dee's victims.
  • James Udom as Garry, nahar iştirakçısı, Con Dinin qurbanlarından biri.
  • Lords Febres - Keyt Fletçer, nahar iştirakçısı, Con Dinin qurbanlarından biri.
  • Semuel Blenkin - Uill Şaxberd, dramaturq.
  • Yan MakNi - barmen
  • Ben Uiggins - Karl, Rouzun dostu.
  • Lyuis Rivz - Philip Sitz, "Bugimen" adlı cani olduğunu iddia edən adam.
  • Rocer Allam - Lord Azazeli səsləndirmişdir, Cəhənnəm hersoqudur.
  • Piter de Cersi - Mr. Holdevell, Yuniti Kinkeydin vəkili
  • Derek Cakobi - Erasmus Fray, Qədim yunan mifologiyası tədqiqatçısı və Kalioppanı əsir edən şəxs.

"Dream of a Thousand Cats" adlı seriyada "Prophet" adlı pişik Sandra O, "The Tabby Kitten" adlı pişik Rozi Dey, "The Grey Cat" adlı pişik Devid Qyasi, "The Black Cat" adlı pişik Co Lisett, "The Skull Crow" adlı pişik Nil Qeyman, "Golden-Haired Man" adlı pişik Ceyms Makevoy, "Don" adlı pişik Devid Tennant, Lora Linn Corciya Tennant, Pol Maykl Şin, Marion adlı pişik Anna Lundberq, Viverna Nonso Anozi , Qrifon Dayana Morqanvə Peqasus Tom Vu tərəfindən səsləndirilmişdir.

Seriyalar

İstinadlar